Dilmanc İmla sisteminin yeni versiyası istifadəyə verildi

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında 9 aprel 2013-cü il tarixli sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yeni İnternet texnologiyalarının yaradılması istiqamətində işləri dəstəkləməkdə davam edir.

Nazirliyin dəstəklədiyi Dilmanc layihəsi çərçivəsində şifahi nitqi mətnə çevirən Dilmanc İmla sisteminin yeni versiyası yaradılmışdır. Həmin sistemin yeni versiyasını layihənin www.dilmanc.az səhifəsindən öz kompüterinizə yükləyə bilərsiniz (dilmanc.az/dilmanc-imla). Əvvəlki versiyadan fərqli olaraq bu versiyada istənilən redaktorda (məs. Microsoft Word, Notepad və s.) işləmək imkanı yaradılmışdır. Bundan əlavə kursoru istənilən mətn pəncərəsinə (məsələn, brauzerin axtarış kriteriyası yazılan pəncərəsi, elektron cədvəllərin xanası və s.) qoymaqla mətn daxil etmək mümkündür.

Dilmanc layihəsi Azərbaycan dili üçün yeni texnologiyaların yaradılması istiqamətində işləri davam etdirir.

yüklə


Reply

  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Allowed HTML tags: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Lines and paragraphs break automatically.

More information about formatting options

CAPTCHA
This question is for testing whether you are a human visitor and to prevent automated spam submissions.

© dilmanc.az