Dilmanc MT sisteminin köçürülmələrinin sayı artıq 200 000-i keçmişdir!

Dilmanc MT sistemi Azərbaycanda istifadəçi sayına görə analoqu olmayan proqram təminatıdır. İlk versiyası istifadəyə verildiyi gündən bu günə qədər Dilmanc MT sistemi saytımızdan 200 000 dəfədən çox köçürülmüşdür. Son iki ayda Dilmanc MT sisteminin 2.5 versiyasının 50000-dən yuxarı kompüter istifadəçisi tərəfindən köçürülməsi qeydə alınmışdır. Bu hadisə bir daha Dilmanc MT sisteminin istifadəçilər tərəfindən böyük maraqla qarşılandığını göstərir. Dilmanc layihəsi çərçivəsində eyni zamanda Azərbaycan dili üçün digər tətbiqi linqvistik texnologiyaların - yaradılması istiqamətində də tədqiqatlar aparılır. Hal hazırda Azərbaycan dilində nitqin tanınması, mətnin səsləndirilməsi sistemlərinin yaradılması üzərində işlər davam etdirilir. Bu tədqiqatlar gələcəkdə formal sinxron tərcümə, səslə idarəedilən interaktiv axtarış sistemləri və s. bu kimi intellektual sistemlərin yaradılmasına təkan verəcəkdir.
Maşın tərcüməsi sistemlərinə xas olan nöqsanlarına baxmayaraq, layihənin elektron poçtuna daxil olan məktublar göstərir ki, Dilmanc tərcümə sistemi təkcə Azərbaycanda deyil eyni zamanda Türk dilli ölkələrdə, Avropa və Amerikada da tanınır və istifadə edilir.
Dilmanc MT sistemi və layihə çərçivəsində aparılmış tədqiqatların nəticələri dünyanın bir çox tanınmış konfranslarında nümayiş etdirilmiş və iştirak etmək üçün dəvət almaqdadır.
Hər yeni versiyada əvvəlki versiya ilə müqayisədə yeni imkanlar əlavə edilir və mövcud olanlar təkmilləşdirilir.
Amacımız Azərbaycan dili üçün daha keyfiyyətli linqvistik texnologiyalar yaratmaqdır.
Dilmanc MT sisteminin yaradıcı qrupu Azərbaycan xalqını qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” bayramı münasibətilə təbrik edir, yeni ildə yeni-yeni uğurlar arzulayır.

Reply

  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Allowed HTML tags: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Lines and paragraphs break automatically.

More information about formatting options

CAPTCHA
This question is for testing whether you are a human visitor and to prevent automated spam submissions.

© dilmanc.az