Dilmanc Tərcümə - Kömək

1. dilmanc.az internet səhifəsinə daxil olun

2. Menyudan tərcümə etmək istədiyiniz istiqaməti seçin

3. Mətni sol tərəfdəki mətn pəncərəsinə daxil edin

4. "Tərcümə" və ya ctrl+enter düyməsini basdıqdan sonra sağ tərəfdəki mətn pəncərəsində tərcümə göstərilir

5. Tək söz və ya söz forma daxil etdikdə sağ tərəfdə aşağıda həmin sözün lüğətdəki mənaları, sinonimləri və antonimləri çıxır. Həmçinin nümunələr düyməsinə basmaqla sözün hər iki dildə işləndiyi cümlələrdən nümunələrə baxa bilərsiniz

6. Azərbaycan dilində olan mətni onun göstərildiyi pəncərənin aşağısında yerləşən "səsləndir" düyməsini basmaqla səsləndirə bilərsiniz

"Dili avtomatik təyin et" seçdikdə daxil etdiyiniz mətnin dili avtomatik təyin olunur, sizə qalan yalnız tərcümə edəcəyiniz dili seçməkdir. "Çoxdilli tərcümə" seçdikdə daxil edilən mətnin digər dillərdəki tərcüməsi də göstərilir.

Qeyd: Mətni daxil etdikdə həmin mətnin dilin orfoqrafik qaydalarına tabe olduğundan əmin olun. Məs., "ingilisce azerbaycanca tercume" yerinə "ingiliscə azərbaycanca tərcümə" və ya "rus dilinden azerbaycan diline tercume" yerinə "rus dilindən azərbaycan dilinə tərcümə" yazmaq lazımdır.