Новости

“Milli E-İdarəçilik Şəbəkəsi Təşəbbüsü” Layihəsinin saytı yenilənib

      RİTN və BMT-nin İnkişaf Proqramının birgə layihəsi olan “Milli E-İdarəçilik Şəbəkəsi Təşəbbüsü” Layihəsinin saytı yeni ampluada istifadəçilərin ixtiyarına verilib. Müasir texnologiyalar əsasında iki dildə (azərbaycan və ingilis) yaradılmış yeni internet resursunda layihə barədə geniş məlumat verilir, İKT sahəsində gündəlik xəbərlər dərc olunur.

"Dilmanc"ın yeni versiyası

      Diqqət!
      Əziz istifadəçilər “Dilmanc”ın təkmilləşdirilmiş yeni 1.4.0.0 versiyasını saytın Son versiyanı yüklə bölməsindən əldə edə bilərsiniz.

Tərcümə zamanı lazım olan bütün elektron vasitələr bizim saytmızda

     Əziz istifadəçilər! “Dilmanc”ın rəsmi saytı olan www.inkotex.az–a yeni “Azərbaycan dili üçün elektron vasitələri” adlı bölmə əlavə olunub. Siz həmin bölmədə elektron lüğətlər, orfoqrafiya yoxlayıcısı, Azərbaycan dilini üçün istifadə oluna bilən şriftlər və şrift çeviricilərlə (konvertorlarla) tanış olub, onları göstərilmiş linklərdən əldə edə bilərsiniz.

Artıq bötöv mətnləri tərcümə edə biləcəksiniz!

     Diqqət!
     Hörmətli istifadəçilər, bu gündən başlayaraq “Dilmanc” MT sisteminin bütöv mətnləri tərcümə edən versiyasını köçürmək imkanı əldə edəcəksiniz.

“Dilmanc” MT sisteminin işçi qrupunu Rabitə və İnformasiya Texnologiyaları naziri akademik Ə.Abbasov qəbul etdi

     “Dilmanc” MT sisteminin işçi qrupunu aprelin 19-da Rabitə və İnformasiya Texnologiyaları naziri akademik Ə.Abbasov qəbul etdi. Qəbulda akademik Ə.Abbasov “Dilmanc” MT sisteminin təqdimat mərasiminin uğurla keçməsi münasibətilə sistemin yaradıcılarını təbrik etdi. Sonra təqdimat mərasimində səslənmiş bütün təklif və tövsiyələr ətraflı müzakirə olundu.

RSS-материал

© dilmanc.az