Dilmancın iOS əməliyyat sistemi üçün yeni versiyası istifadəyə verildi



Dilmanc layihəsi çərçivəsində hazırlanmış mobil telefonlar üçün tərcümə proqramının iOS əməliyyat sistemində çalışan versiyası istifadəyə verilmişdir. Bu proqram da digər Dilmanc məhsulları kimi ödənişsiz yayılır və istifadəçilər bu versiyanı öz iPhone və iPad qurğularına App Store-da "Dilmanc" axtarmaqla yükləyə bilərlər. Beləliklə, Dilmanc mobil tərcüməçidən Apple şirkətinin mobil qurğularının istifadəçiləri də yararlana biləcəklər.
Qeyd edək ki, mobil tərcüməçi proqramının Android əməliyyat sistemi üçün olan versiyası Azərbaycanda və ölkə xaricində çox populyar proqram məhsuludur. Bu vaxta qədər bu sistem 140 min dəfədən çox köçürülmüşdür. “Google analytics”-ə görə bu proqramdan təkcə 2015-ci ilin yanvar ayının 1-dən 22-nə kimi 40 minə yaxın insan tərəfindən dünyanın 65 ölkəsində 360 min dəfə istifadə edilmişdir. Bu ölkələr arasında ABŞ, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, İsveç və digər ölkələr vardır.
Dilmanc layihəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihənin elmi rəhbəri akademik Əli Abbasovdur.

Ответить

  • Адреса страниц и электронной почты автоматически преобразуются в ссылки.
  • Допускаются только следующие теги HTML: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Строки и параграфы переносятся автоматически.

Подробнее о форматировании

Безопасный код
This question is for testing whether you are a human visitor and to prevent automated spam submissions.

© dilmanc.az