Mobil telefonlarda şifahi nitqi tərcümə edən Dilmanc tərcümə proqramının dəqiqliyi artırıldı


Mobil telefonlarda şifahi nitqi və mətnləri Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən "Dilmanc Translator" tərcümə proqramının yeni versiyası istifadəyə verildi. Tərtibatçıların sözlərinə görə, bu versiyada əsas yenilik Azərbaycan dili üçün nitqin tanınması (şifahi nitqin yazıya çevrilməsi) sisteminin keyfiyyətinin artırılması və bəzi mobil telefonlarda tanımanın işləməsi ilə bağlı çətinliklərin aradan qaldırılmasıdır.

Qeyd edək ki, "Dilmanc Translator" proqramı Rabitə və Yüksək Texnologiyalar nazirliyinin dəstəklədiyi Dilmanc layihəsi çərçivəsində hazırlanır və tamamilə ödənişsiz yayılır. İstifadəyə verildiyi 6 ay ərzində istifadəçilər arasında böyük populyarlıq qazanaraq 70 min dəfəyə yaxın köçürülmüşdür. Proqram hələlik yalnız Android platformasında işləyir. Proqram tamamilə ödənişsiz yayılır və Google Play Store-da "Dilmanc Translator" axtarmaqla Android bazasında işləyən smartfonlara yüklənə bilər. Layihə rəhbəri Əbülfət Fətullayev proqramın iOS və Windows Phone üçün hazırlanması, həmçinin yeni tərcümə istiqamətlərinin əlavə edilməsi üzərində işlər getdiyini bildirib.

Ответить

  • Адреса страниц и электронной почты автоматически преобразуются в ссылки.
  • Допускаются только следующие теги HTML: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Строки и параграфы переносятся автоматически.

Подробнее о форматировании

Безопасный код
This question is for testing whether you are a human visitor and to prevent automated spam submissions.

© dilmanc.az