Dilmanc layihəsi "BakuTel 2010" Beynəlxalq sərgisində iştirak edir

Noyabrın 23-dən 26-dək "Bakı Ekspo" sərgi və toplantı mərkəzində informasiya və kommunikasiya sahəsində ən böyük ixtisaslaşmış tədbir olan "BakuTel-2010" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək.

Sərgidə Dilmanc layihəsi çərçivəsində hazırlanmış aşağıdakı texnologiyalar nümayiş etdiriləcək:

1. Görmə qüsuru olan insanlar ucun kompyuteri idarəetmə sistemi.
Kompyuteri səslə idarəetmək sisteminin üstün cəhətlərindən biri də, onun əlil insanlara (görmə qabiliyyəti zəif, əldən əlil olan şəxslərə və s.) kompyuterdən istifadə imkanı yaratmasıdır. Bu proqram vasitəsilə on-line rejimində son xəbərləri dinləmək, elektron poçtla işləmək, mətnləri səsləndirmək və s. mümkün olacaqdır.

Proqramın imkanları:
* Elektron poçtun yoxlanılması
* Yeni məktubun yazılması
* Yeni gələn məktubların oxunması
* Elektron kitabların səsləndirilməsi
* Sənədlərin hazırlanması
* İstifadəçinin səsinə kökləmə
* On-line rejimində xəbər saytlarından son xəbərlərin oxunması

2. translate.az - avtomatik tərcümə portalı.
www.translate.az saytına daxil olmaqla mətnləri Azərbaycan - ingilis, ingilis - Azərbaycan, Azərbaycan - rus, rus - Azərbaycan və türk - Azərbaycan istiqamətləri üzrə avtomatik tərcümə etmək mümkündür. Bundan əlavə, yaxın gələcəkdə saytda mətni kompüter vasitəsilə səsləndirmək, veb-səhifələri olduğu kimi saxlayaraq Azərbaycan dilinə tərcümə etmək, onlayn lüğət və s. xidmətlər istifadəyə veriləcək. Layihə çərçivəsində Azərbaycan dilindən digər dillərə də tərcümə sistemlərinin yaradılması planlaşdırılır. Səhifə “Dilmanc” layihəsi çərçivəsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyi ilə yaradılmışdır.

Qeyd edək ki, prezident İlham Əliyevin stenddəki texnologiyalarla tanış olması gözlənilir.



Ответить

  • Адреса страниц и электронной почты автоматически преобразуются в ссылки.
  • Допускаются только следующие теги HTML: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Строки и параграфы переносятся автоматически.

Подробнее о форматировании

Безопасный код
This question is for testing whether you are a human visitor and to prevent automated spam submissions.

© dilmanc.az