BMT-nin baş katibi Pan Gi-Mun "Dilmanc" telefon-tərcüməçi ilə tanış olmuşdur

5 Oktyabr 2009-cu il tarixdə BMT-nin baş katibi Pan Gi-Mun İsveçrənin Cenevrə şəhərində keçirilən "ITU Telecom World 2009" sərgisində Azərbaycan pavilyonunda nümayiş etdirilən "Dilmanc" layihəsi çərçivəsində hazırlanmış telefon-tərcüməçi və digər texnologiyalarla tanış olmuşdur. Pan Gi-Mun nümayiş etdirilən texnologiyaları çox bəyəndiyini bildirmiş, alınmış nəticələrə görə layihə rəhbəri Əbülfət Fətullayevi təbrik etmiş və gələcək tədqiqatlarda uğurlar arzulamışdır. Görüşdən sonra Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları naziri akademik Əli Abbasov layihə üzvlərini uğurlu təqdimat münasibətilə təbrik etmişdir.

Sərgidə Azərbaycan pavilyonu ilə tanış olan nümayəndə heyətinin tərkibində həmçinin İsveçrənin Ekologiya, Nəqliyyat, Enerji və Rabitə federal departamentinin rəhbəri Moritz Leuenberger, Cenevrə dövlət konsulu Devid Hiley, Ruanda prezidenti Pol Kaqame, ITU-nun baş katibi Həmədan Ture, digər ölkələrin nazirləri, səfirlər, böyük şirkətlərin prezidentləri və digər rəsmi şəxslər iştirak etmişdir

Ответить

  • Адреса страниц и электронной почты автоматически преобразуются в ссылки.
  • Допускаются только следующие теги HTML: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Строки и параграфы переносятся автоматически.

Подробнее о форматировании

Безопасный код
This question is for testing whether you are a human visitor and to prevent automated spam submissions.

© dilmanc.az