“Dilmanc” MT sisteminin işçi qrupunu Rabitə və İnformasiya Texnologiyaları naziri akademik Ə.Abbasov qəbul etdi

     “Dilmanc” MT sisteminin işçi qrupunu aprelin 19-da Rabitə və İnformasiya Texnologiyaları naziri akademik Ə.Abbasov qəbul etdi. Qəbulda akademik Ə.Abbasov “Dilmanc” MT sisteminin təqdimat mərasiminin uğurla keçməsi münasibətilə sistemin yaradıcılarını təbrik etdi. Sonra təqdimat mərasimində səslənmiş bütün təklif və tövsiyələr ətraflı müzakirə olundu.
     Görüşdə layihənin direktoru Ə.Fətullayev layihənin davam etdirilməsi istiqamətində qarşıda duran problemlərdən danışaraq gələcəkdə Azərbaycan dilində nitqin tanınması, sintezi və sinxron tərcümə sahəsində də işlərin görülməsi zərurətindən danışdı. Akademik Ə.Abbasov bir nazir kimi bu işləri dəstəkləməyə hazır olduğunu bildirdi və layihə üzvlərinə konkret tapşırıqlar verdi.

Ответить

  • Адреса страниц и электронной почты автоматически преобразуются в ссылки.
  • Допускаются только следующие теги HTML: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Строки и параграфы переносятся автоматически.

Подробнее о форматировании

Безопасный код
This question is for testing whether you are a human visitor and to prevent automated spam submissions.

© dilmanc.az