SON İSTİFADƏÇİ LİSENZİYA MÜQAVİLƏSİ

Müqavilənin son versiyası bu ünvanda: http://dilmanc.az/help/terms.html

Aşağıdakı “Son İstifadəçi Lisenziya Müqaviləsi” siz (“SİZ” və ya “İSTİFADƏÇİ”) və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dilmanc layihəsi (“DİLMANC”) arasında, aşağıdakı məhsulların (“MƏHSULLAR”) istifadəsi ilə əlaqədar hüquqi bir aktdır:
Dilmanc İmla, Dilmanc Translator, dilmanc.az tərcümə portalı, Dilmanc Onlayn lüğətləri, Mətnin səsləndirilməsi, Gözdən əlillər üçün səslə idarə olunan kompüter və DİLMANC tərəfindən hazırlanmış digər məhsullar.

MƏHSULLARdan istifadə etməyiniz aşağıdakı şərtləri qəbul etməyiniz mənasına gəlir.
Əgər bu müqavilənin hər hansı müddəası ilə razı deyilsinizsə, xahiş edirik, MƏHSULLARdan istifadə etməyin və onun bütün hissələrini mobil qurğularınızdan və/və ya kompüterinizdən silin. DİLMANCın hazırladığı qurğular isə dilmanc.az saytında göstərilən DİLMANCın rəsmi ünvanına geri qaytarılmalıdır.

1. MÜLKİYYƏT HÜQUQLARI
Məhsul patent, müəllif hüquqları, kommersiya sirri qanunları ilə qorunur. Məhsulun bütün sahiblik hüquqları və əqli mülkiyyət hüquqları DİLMANCa aid olaraq qalacaq. Bu lisenziya müqaviləsi sizə yalnız məhsuldan istifadə etməyə imkan verir. Məhsulu üçüncü şəxslərə sata və ya icarəyə verə bilməzsiniz.

2. ZƏMANƏTLƏRİN İSTİSNA OLUNMASI
MƏHSULLARIN İSTİFADƏSİ ZAMANI YARANACAQ HƏR HANSI BİR RİSKİN YALNIZ SİZƏ AİD OLDUĞUNU AYDIN DƏRK EDİRSİNİZ VƏ QƏBUL EDİRSİNİZ. DİLMANC SİZƏ MƏHSULLARIN İSTİFADƏSİNİN SİZİN EHTİYACLARINIZI QARŞILAMAQ ÜÇÜN TAM UYĞUN OLDUĞUNU, MƏHSULLARIN İSTIFADƏSİNİN KƏSİLMƏZ, ZAMANINDA, TƏHLÜKƏSİZ VƏ YA SƏHVSİZ OLACAĞINI, MƏHSULLARI İSTİFADƏ ETDİYİNİZ ZAMAN ƏLDƏ EDƏCƏYİNİZ MƏLUMATLARIN DƏQİQ VƏ ETİBARLI OLACAĞINI BƏYAN ETMİR VƏ BUNA ZƏMANƏT VERMİR.

3. MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI
HEÇ BİR HALDA DİLMANC MƏHSULLARIN İSTİFADƏSİNDƏN YARANAN XÜSUSİ, TƏSADÜFİ, İQTİSADİ VƏ YA DOLAYI ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIR. NİTQİN TANINMASI, MAŞIN TƏRCÜMƏSİ VƏ DİGƏR SİSTEMLƏR STATİSTİK MODELLƏR ƏSASINDA İŞLƏDİYİNDƏN SƏHVLƏRİN OLACAĞINI TƏBİİ QƏBUL EDİR VƏ BUNUNLA RAZILAŞIRSINIZ. MƏHSULLARIN NƏTİCƏLƏRİNDƏN İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL SƏHVLƏRİN DÜZƏLDİLMƏSİNİN SİZİN MƏSULİYYƏTİNİZ OLDUĞUNU QƏBUL EDİRSİNİZ. MƏHSULLARIN ÇOXU İNTERNET ÜZƏRİNDƏN İŞLƏYİR. DİLMANC MƏHSULLARDAN İSTİFADƏ ETDİYİNİZ ZAMAN ZƏİF İNTERNET ƏLAQƏSİ SƏBƏBİNDƏN MƏHSULUN YAXŞI İŞLƏMƏMƏSİNƏ, KOMPÜTER VƏ YA ŞƏBƏKƏYƏ HÜCUM NƏTİCƏSİNDƏ MƏLUMAT İTKİSİ VƏ YA SIZINTISINA GÖRƏ MƏSULİYYƏT DAŞIMIR.

4. PAYLAŞILAN MƏLUMATLAR VƏ MƏXFİLİK
MƏHSULLARIN istifadəsi zamanı konkret məhsuldan asılı olaraq səsiniz, daxil etdiyiniz mətnlər, əməliyyat sisteminin növü və s. MƏHSULLARIN işləməsi üçün zəruri məlumatlar DİLMANC serverlərinə göndərilir. Bu məlumatların MƏHSULLARIN keyfiyyətini artırmaq üçün istifadə edilə biləcəyini qəbul edirsiniz. DİLMANC əsla bu məlumatı üçüncü tərəflərə vermir və ya başqa bir məqsədlə istifadə etmir, istifadəçi haqqında onun kimliyini təyin etməyə imkan verəcək hər hansı bir şəxsi məlumat (Məs. Email ünvanı, Facebook hesabı, telefon nömrəsi və s.) toplamır.

5. MƏHSULA MÜDAXİLƏ
Hansı səbəb və ya məqsədlə olursa olsun, MƏHSULLARIN hər hansı bir hissəsinin və ya tamının fəaliyyəti, fəaliyyət mərhələləri, yaradılmasında istifadə olunan texnologiyanı icazəsiz öyrənə və yaya bilməzsiniz, proqram kodlarını deşifrə edə, proqram koduna müdaxilə edə və bu məqsədi güdənlərlə əməkdaşlıq edə bilməzsiniz.

6. TƏTBİQ EDİLƏCƏK HÜQUQ
Bu müqavilənin şərhi və pozulması iddiaları Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq aparılacaqdır.

7. ŞƏRTLƏRİN DƏYİŞDİRİLMƏSİ
DİLMANC istənilən zaman bu lisenziya razılaşması üzərində dəyişiklik edə bilər. Bu dəyişikliklər edildiyində, DİLMANC lisenziya müqaviləsinin yeni surətini http://dilmanc.az/help/terms.html ünvanına qoyacaq və MƏHSULLAR üzərindən dəyişiklik haqqında sizi məlumatlandıracaq. Lisenziya müqaviləsi dəyişdiyi tarixdən sonra məhsulu istifadə etdiyiniz halda bu, yeni lisenziya şərtlərini qəbul etməyiniz kimi qiymətləndiriləcək.