phpBB3 Azərbaycan dilinə tərcümə edilmiş dil faylları

Sayt haqqında müzakirələr, yeni təkliflər və s.

Moderator: Dilmanc qrupu

phpBB3 Azərbaycan dilinə tərcümə edilmiş dil faylları

İsmarıc Proger » Bazar ertəsi noy 02, 2009 1:26 am

Xoş gördük.

Mövzüdan bir az kənar olsa da bunu elə buradaca, mütləq yazmalıyam. Məlumdur ki, DİLMANC-ın rəsmi forumu phpBB üzərində qurulub. Aylardır ki, phpBB 3.x.x çıxdıqdan sonra yaradıcıların rəsmi səhifəsində forumun müxtəlif dillərə tərcümə edilmiş dil paketləri yayımlanır. İş orasındadır ki, phpBB 2.x.x üçün Azərbaycanca dil paketləri hazırlanıb, çoxdan yayımlansa da mövcüd, axırıncı versiya üzrə tərcümə yoxdur. Aylardır ki, üzərində bir-bir dəyişən müxtəlif qruplar phpBB 3-ü tərcümə edir və indiyə kimi bir nəticə yoxdur. Arada bir separat yayımlanan tərcümələr çox keyfiyyətsiz, biyabırçı və sadəcə dilimə qarşı hörmətsiz tərcümələr olurdu. Mən siravi Azərbaycan vətəndaşı olaraq, AzNET seqmentindən yararlanan bir kəs kimi DİLMANC (İnKoTex) qrupundan xahiş edirəm ki, forumlarını tərcümə edən Natiq bəylə (natiq2004@yahoo.com) əlaqə yaratsın və onu phpBB Comunity-də (http://phpbb.com) öz əla tərcüməsini yayımlasın. Bununla da o həm də tərcüməçi statusunu özündə saxlayar və bununla bərabər mənim kimi adamları həqiqətən sevindirər.

Natiq bəyə dəfələrlə poçt yollasam da (tək mən yox) cavab verməmişdir.
Onun elektron-poçtu: natiq2004@yahoo.com
phpBB-də Azərbaycan dili ilə bağlı müzakirə mövzüsu: http://www.phpbb.com/community/viewtopi ... 6&t=580808
Proger
 
İsmarıclar: 11
Qeydiyyat: Şənbə mar 15, 2008 11:55 am
Haradan: Azərbaycan Respublikası

Re: phpBB3 Azərbaycan dilinə tərcümə edilmiş dil faylları

İsmarıc admin » Bazar ertəsi noy 02, 2009 10:55 am

phpBB3 Forumunun Azərbaycan dilinə tərcümə edilmiş dil fayllarını aşağıdakı linkdən yükləyə bilərsiniz:
phpBB3 Forumunun Azərbaycan dilinə tərcümə edilmiş dil fayllarını yüklə (Ölçüsü: 243 KB)
Qeyd: Tərcümə tam edilməmişdir. Lakin dilmanc.az saytının rəsmi phpBB3 forumu bu dil paketini istifadə edir.
Müəllif hüququna hörmətlə yanaşıb tərcümə edənin E-mail ünvanını silməyin!
admin
Administrator
 
İsmarıclar: 165
Qeydiyyat: Вazar noy 18, 2007 1:34 pm

Re: phpBB3 Azərbaycan dilinə tərcümə edilmiş dil faylları

İsmarıc Proger » Bazar ertəsi noy 02, 2009 1:57 pm

admin yazıb:phpBB3 Forumunun Azərbaycan dilinə tərcümə edilmiş dil fayllarını aşağıdakı linkdən yükləyə bilərsiniz:
phpBB3 Forumunun Azərbaycan dilinə tərcümə edilmiş dil fayllarını yüklə (Ölçüsü: 243 KB)
Qeyd: Tərcümə tam edilməmişdir. Lakin dilmanc.az saytının rəsmi phpBB3 forumu bu dil paketini istifadə edir.
Müəllif hüququna hörmətlə yanaşıb tərcümə edənin E-mail ünvanını silməyin!


Dərin təşəkkürlər! Faylları nəzərdən keçirib, incələdikdən sonra phpBB rəsmi saytlnda müəllif hüquqlarını qoruyaraq yayımlayacam!
Proger
 
İsmarıclar: 11
Qeydiyyat: Şənbə mar 15, 2008 11:55 am
Haradan: Azərbaycan Respublikası

Re: phpBB3 Azərbaycan dilinə tərcümə edilmiş dil faylları

İsmarıc Proger » Bazar ertəsi noy 02, 2009 3:15 pm

İncələmə əsasında təəsüf ki, böyük minuslar aşkar etdim. İş orasındadır ki, forumun yalnız istifadəçiyə göründüyü tərəf lokalizə edilib. Mövcud varianta əlavə və redaktələr edərək phpBB Comunity-də yayımlayacağam.
Proger
 
İsmarıclar: 11
Qeydiyyat: Şənbə mar 15, 2008 11:55 am
Haradan: Azərbaycan Respublikası


www.dilmanc.az saytı

Xətdəkilər

İndi foruma baxırlar: qeydiyyatlı istifadəçi yoxdur və qonaqlar: 0

cron