Proqramda donmalara rast gəlinir

Dilmanc tərcümə sistemi ilə işləyərkən rast gəlinən səhvlər, çatışmazlıqlar və s.

Moderator: Dilmanc qrupu

Proqramda donmalara rast gəlinir

İsmarıc Vuqar » Cümə axşamı yan 10, 2008 5:29 pm

Dilmanc proqrami bizim elimizden cox tutur buna gore yaradici heyyete minetdarligimizi bildiririk. Dilmancin 2.0 versiyasinda bir cox problemlerle rastlashmaq mumkundur men proqramin tecrumesi haqqinda hansi seflerin olub olmadigini deye bilmerem ama ki proqramin istifadesinde cixan problemler proqram acildigi vaxti yuklenmesi gec olur, menuden dil deyishikliyi etdiyimiz vaxti meselen ingilisceden azeriiye menunu deyisdiyimiz vaxti program zavisat edir ,bezi hallarda programda donmalar meydana gelir,bezen programi baglamaq ucun ctrl-alt-del duymesini basaraq mecbur sonurme edirik, Bele problemlerede nezer salsaniz cox yaxshi olar
Vuqar
 

Kompüter nə qədər sürətli olarsa bir o qədər tez yüklənər

İsmarıc admin » Cümə yan 11, 2008 10:21 am

Nəzərə alın ki, sistemin söz bazalarında 250 000-dən çox söz və söz birləşməsi var. Proqramın açılışı zamanı (eynilədə dillərin dəyişdirilməsində) bazaların qısa müddətdə yüklənməsi üçün kompüterin prosessoru sürətli olmalıdır.
admin
Administrator
 
İsmarıclar: 165
Qeydiyyat: Вazar noy 18, 2007 1:34 pm

Proqramda donmalara rast gəlinir

İsmarıc Hüseyn Ağayev » Bazar ertəsi avq 04, 2008 6:02 pm

Salam! Mən 60 səhifəlik RTF formatda olan faylı Dilmanca endirdikdən sonra 11% nəticədən sonra proqramda donmaya rast gəlinir. Nəzərinizə çatdırım ki, mənim prossesorum İntel Celeron 2.53 GHz-dir. Bu proqramın səhvidir, yoxsa mənim prosessorum zəifdir?

Hörmətlə, Hüseyn AĞAYEV
Hüseyn Ağayev
 

Re: Proqramda donmalara rast gəlinir

İsmarıc Rauf Fatullayev » Çərşənbə axşamı avq 05, 2008 8:47 am

Salam.
Xahiş edirik, həmin RTF faylını
Şəkil
ünvanına göndərin
Rauf Fatullayev
Dilmanc qrupu
 
İsmarıclar: 53
Qeydiyyat: Bazar ertəsi noy 19, 2007 10:46 am

Re: Proqramda donmalara rast gəlinir

İsmarıc Hüseyn Ağayev » Çərşənbə axşamı avq 05, 2008 7:41 pm

Cənab Rauf Fətullayev! Artıq RTF faylı sizinlə əlaqə ünvanına göndərilmişdir. Xahiş edirəm tez bir zamanda cavabınızı bildirəsiniz.

Hörmətlə, Hüseyn AĞAYEV
Hüseyn Ağayev
 

Re: Proqramda donmalara rast gəlinir

İsmarıc Rauf Fatullayev » Çərşənbə avq 06, 2008 1:22 pm

Bu problem sistemin daxili səhvi ilə əlaqədar idi. Həmin səhv düzəldildi və Dilmancın növbəti versiyasında bu problemlə rastlaşmayacaqsınız. Növbəti versiya yaxın aylarda istifadəçilərə təqdim ediləcək.
Səhvi göndərməklə Dilmancın inkişafına kömək etdiyiniz üçün çox sağolun
Rauf Fatullayev
Dilmanc qrupu
 
İsmarıclar: 53
Qeydiyyat: Bazar ertəsi noy 19, 2007 10:46 am

Re: Proqramda donmalara rast gəlinir

İsmarıc Hüseyn Ağayev » Cümə axşamı avq 07, 2008 12:42 am

Salam Rauf bəy! Köməyimin toxunduğuna çox şad oldum. Bəs indi mən nə edim? Əgər həmin səhvi aşkar edib düzəltmisinizsə, bəlkə faylı convert edib özümə göndərəsiniz?

Hörmətlə, Hüseyn AĞAYEV
Hüseyn Ağayev
 

Re: Proqramda donmalara rast gəlinir

İsmarıc Rauf Fatullayev » Cümə axşamı avq 07, 2008 9:39 am

Həmin fayldan bu cümləni çıxardın:

Well an article by Leslie Brokaw titled “The Truth about Start-Ups” in Small Business Success, a supplement to Inc. magazine, has identified some of these habits.

Bundan başqa həmin faylı hərəsində 10 səhifə olmaqla hissələrə bölüb tərcümə etməniz daha sürətli olardı
Rauf Fatullayev
Dilmanc qrupu
 
İsmarıclar: 53
Qeydiyyat: Bazar ertəsi noy 19, 2007 10:46 am

Re: Proqramda donmalara rast gəlinir

İsmarıc Hüseyn AĞAYEV » Cümə axşamı avq 07, 2008 11:50 am

Çox çox üzr istəyirəm amma, o nə tərcümə sistemidir ki, onda işləmək üçün tam mətni hissələr bölmək gərəklidir. Elə bizə də yaraşan ancaq bu olardı. Çox sağolun! Sizə gələcək fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə, Hüseyn AĞAYEV
Hüseyn AĞAYEV
 

Re: Proqramda donmalara rast gəlinir

İsmarıc Rauf Fatullayev » Cümə axşamı avq 07, 2008 12:07 pm

Sizə deyilmədi ki, mətni bölün, bölsəniz daha yaxşı olardı. Bu test mərhələsində olan bir proqramdır
Hüseyn AĞAYEV yazıb:Elə bizə də yaraşan ancaq bu olardı

bu sizə yaraşmır.
Rauf Fatullayev
Dilmanc qrupu
 
İsmarıclar: 53
Qeydiyyat: Bazar ertəsi noy 19, 2007 10:46 am

Növbəti.

Rastlaşdığınız səhvlər

Xətdəkilər

İndi foruma baxırlar: qeydiyyatlı istifadəçi yoxdur və qonaqlar: 0

cron