Salam. Çox təşəkkürlər ki, AzeriSpellChek kimi proqramlar yaradılıb. Bu, Azərbaycan dili ilə işləyən, xüsusən də bu dildə ciddi mətnlər, məqalələr yazan hər kəs üçün son dərəcə vacib proqramdır. Təşəkkürlər. Amma problem ondadır ki, bu yoxlanma proqramının söz bazası çox kasıbdır, burada bir çox müasir sözlər, mürəkkəb sözlər yoxdur, əksinə, proqrama reallıqda olmayan sözlər hərf birləşmələri daxil edilib ki, bu da dili bilməyən insanı çox çaşdırır.
Bu gün gördüm ki, yeni Orfoqrafiya lüğətinin elektron variantı çıxıb. Əminəm ki, buradakı söz bazası daha zəngindir. Bu lüğət əsasında yeniləndirilmiş AzəriSpellChek yaratmaq çox gözəl olardı, dilimizin istifadəsini yüngülləşdirərdi. Əgəgr belə bir şey varsa, xahiş edirəm mənə məlumat verin.Mənim ünvanım: baku2002@mail.ru
2. Təəssüf ki, bir çox insanlar belə proqramların mövcudluğundan xəbərsizdir. Mən sizin de-fakto piarınızla məşğulam, bütün tanışlarıma yeni dil proqramlarını yükləyib istifadə etmələrinə yardım edirəm. Mətbuatda və televiziyada ara-sıra çıxışlar reklamınızı təmin etmir. Tövsiyə edərdim ki, müəssisə və təşkilatların proqramistləri ilə birbaşa işləyəsiniz, reklamı gücləndirəsiniz. Bilirəm ki, pulsuz yayılır, amma iş insanlarına çox yardım etmiş olarsınız əziyyətiniz də hədər getməz.
Təşəkkürlər. Mətkubumun böyük ölçüsünə görə sorry)))