Salamlar,
Əziz Samir bəy,
Düzəlişləriniz üçün sağ olun. Amma mən bu düzəlişlərlə tam razı ola bilmədim. Etiraz etdiyim maddələri bildirirəm:
1- üçüncü maddədə "neredeyse" sözünü haradasa vermisiniz. Misal: Neredeyse düşücektin.=Az qala yıxılacaqdın.Təklifim: Bu ifadə turk dilində az qala yaxud da az qalsın mənalarında daha çox işlədilir.Hətta bəlkə də 90%bu mənada istifadə olunur. Dolaysıyla müvafiq şəkildə dəyişilməsini təklif edirəm.
2-yeddinci maddədə köşe sözünə künc/guşə şəklində dəyişilməsini,
3-səkkizinci maddədə endişe kəliməsini narahatlıq olaraq vermisiniz. Niyə axı? Məgər dilimizdəki əndişə kəliməsi endişe sözündən fərqli mənaya gəlir? Əndişə olaraq verilməsini,
4- 24cü maddədə bütünləşmə sözünü yenə də inteqrasiya mənasında vermisiniz.Mən bu qədər tərcüməçilik təcrübəm boyunca inteqrasiya mənasında bütünleşme sözünə rast gəlmədim.Bu kəliməni də bütünləşmə olaraq verilməsini təklif edirəm.
Xahiş edirəm düzəlişləri yenidən nəzərdən keçirəsiniz.
Yeni düzəlişlər:
1- Kelime sözünü çevirməyə ehtiyac yoxdur. Kelimeni söz olaraq vermisiniz. Kelimeyi-şehadet ifadəsi sözü-şahidlik olaraq çevrilir. Kelime sözü kəlimə olaraq şəhadət də şəhadət/şahidlik kimi verilməsini təklif edirəm.
2-Mezhep kəliməsi yanlış olaraq təriqət şəklində tərcümə olunur. Dilimizdə mzhəb kəliməsi var, üstəlik də məzhəb ilə təriqət tamamən ayrı şeylərdir. Dini terminologiya baxımından ciddi yanlışdır.
3-Cihan kəliməsi hər yerdə dünya olaraq çevrilir. Cahan sözü dilimizdə var. Cahan şəklində qarşılığı verilsə daha uyğun olar.
4-Makam kəliməsi mövqe deyə çevrilir. Məqam şəklində verilməsini daha əhatəlidir.
5- İltifat kəliməsi nəzakət olaraq çevrilir. İltifat kəliməsi ilə nəzakət ümumiyyətlə fərqli mənalardadır. İltifat sözü dilimizdə var və olduğu kimi verilməsində bir mane görmürəm.
Ümid edirəm bu iradlarım sizi narahat etməz.