Türkcə-Azərbaycanca tərcümədə səhvlər

Dilmanc tərcümə sistemi ilə işləyərkən rast gəlinən səhvlər, çatışmazlıqlar və s.

Moderator: Dilmanc qrupu

Türkcə-Azərbaycanca tərcümədə səhvlər

İsmarıc Azad » Çərşənbə avq 13, 2008 4:12 pm

Salamlar,
Əziz Samir bəy,

Düzəlişləriniz üçün sağ olun. Amma mən bu düzəlişlərlə tam razı ola bilmədim. Etiraz etdiyim maddələri bildirirəm:

1- üçüncü maddədə "neredeyse" sözünü haradasa vermisiniz. Misal: Neredeyse düşücektin.=Az qala yıxılacaqdın.Təklifim: Bu ifadə turk dilində az qala yaxud da az qalsın mənalarında daha çox işlədilir.Hətta bəlkə də 90%bu mənada istifadə olunur. Dolaysıyla müvafiq şəkildə dəyişilməsini təklif edirəm.

2-yeddinci maddədə köşe sözünə künc/guşə şəklində dəyişilməsini,

3-səkkizinci maddədə endişe kəliməsini narahatlıq olaraq vermisiniz. Niyə axı? Məgər dilimizdəki əndişə kəliməsi endişe sözündən fərqli mənaya gəlir? Əndişə olaraq verilməsini,

4- 24cü maddədə bütünləşmə sözünü yenə də inteqrasiya mənasında vermisiniz.Mən bu qədər tərcüməçilik təcrübəm boyunca inteqrasiya mənasında bütünleşme sözünə rast gəlmədim.Bu kəliməni də bütünləşmə olaraq verilməsini təklif edirəm.
Xahiş edirəm düzəlişləri yenidən nəzərdən keçirəsiniz.

Yeni düzəlişlər:
1- Kelime sözünü çevirməyə ehtiyac yoxdur. Kelimeni söz olaraq vermisiniz. Kelimeyi-şehadet ifadəsi sözü-şahidlik olaraq çevrilir. Kelime sözü kəlimə olaraq şəhadət də şəhadət/şahidlik kimi verilməsini təklif edirəm.
2-Mezhep kəliməsi yanlış olaraq təriqət şəklində tərcümə olunur. Dilimizdə mzhəb kəliməsi var, üstəlik də məzhəb ilə təriqət tamamən ayrı şeylərdir. Dini terminologiya baxımından ciddi yanlışdır.
3-Cihan kəliməsi hər yerdə dünya olaraq çevrilir. Cahan sözü dilimizdə var. Cahan şəklində qarşılığı verilsə daha uyğun olar.
4-Makam kəliməsi mövqe deyə çevrilir. Məqam şəklində verilməsini daha əhatəlidir.
5- İltifat kəliməsi nəzakət olaraq çevrilir. İltifat kəliməsi ilə nəzakət ümumiyyətlə fərqli mənalardadır. İltifat sözü dilimizdə var və olduğu kimi verilməsində bir mane görmürəm.

Ümid edirəm bu iradlarım sizi narahat etməz.
Azad
 
İsmarıclar: 14
Qeydiyyat: Cümə axşamı avq 07, 2008 10:41 am

Türkcə-Azərbaycanca tərcümədə səhvlər

İsmarıc Samir Şaqavatov » Cümə axşamı avq 14, 2008 9:55 am

İradlarınıza baxıldı.
Əvvəlcə, “mezhep” sözü ilə bağlı kobud səhvi aşkar etdiyinizə görə sizə xüsusi minnətdarlığımı bildirirəm.
Düzəlişlər:
1) neredeyse - az qala/haradasa
2) Zəhmət olmasa, “guşə” tərcüməsinin hansı halda vacib olduğunu göstərin.
3) “əndişə” dilimizdə az işlənən söz olduğu üçün tərcümə dəyişdirilmədi.
4) “bütünləşmə” sözünün tərcüməsi ilə bağlı dediklərinizlə razı deyilik. Məsələn, siz “Batı ile bütünleşme”-i Azərbaycan dilində necə deyirsiniz?

1) kelimeyi-şehadet - kəlmeyi-şəhadət. Ayrılıqda “kelime” sözünə gəldikdə isə, türkcə “söz” qala-qala ərəbcə “kəlimə” işlətməyə ehtiyac yoxdur.
2) mezhep – məzhəb
3) “cahan” sözü də dilimizdə az işlənən sözdür. Məsələn: İkinci Cihan Savaşı – İkinci Dünya Müharibəsi
4) “makam” və “məqam” sözlərinin eyni mənşədən olan eyni sözlər olduğu yəqindir. Amma, cümlələrdə işlənmə yerinə görə “makam” sözünün ən çox işlənən mənalarına “məqam” qarşılığı tam uyğun gəlmədiyinə görə hələlik əvvəlki tərcümə saxlanıldı.
5) iltifat – iltifat

Təşəkkür edirik.
Samir Şaqavatov
Dilmanc qrupu
 
İsmarıclar: 41
Qeydiyyat: Bazar ertəsi noy 19, 2007 2:56 pm

Türkcə-Azərbaycanca tərcümədə səhvlər

İsmarıc Azad » Cümə axşamı avq 14, 2008 5:02 pm

Salam

Əvvəllər izahlı yazdığım üçün heç bir anlaşmazlıq olmamışdı.Sözlər artdıqca izahsız sadəcə alternativlərini verməyə başladım, görünür bu şəkildə yazmaq qüsurludu.Bəzi yanlışlıqları düzəltmək üçün konkret misallar çəkməyə ehtiyac var.Mən hər gün tərcümə ilə məşğul oluram və yazdığım kəlimələri qarşıma çıxdıqca qeyd edirəm.Dəyişilməsinə ehiyac olmayan heç bir şey yazmadığım qənaətindəyəm.Guşə sözü təkrar qarşıma çıxarsa onu da misal ilə göndərməyə çalışacam.
Əndişə sözünü dəyişməməyiniz isə açığı mənə qəribə gəldi.Bu məsələdə bu qədər mühafizəkar olmağa ehtiyac yoxdur zənnimcə.Ümumiyyətlə dilimizdə az işlənən sözləri çıxarsaq bu böyük fəsadlara yol açar.Bunu əndişə olaraq versəniz heç kim sizə irad tuta bilməz. Mənə elə gəlir ki dilimizi zənginləşdirmək istiqamətində addım atmaq lazımdı, bunun üçün əski dilimizdə ümumişlək şəkildə işlənən sözləri geri qaytarmaq özü böyük bir addımdır.İnanıram ki mənimlə razılaşarsınız.
Kəlimeyi-şəhadət sözünə verdiyiniz reaksiya da məndə təəccüb doğurdu.Siz o kəliməni nə cür deyirsiniz onu da bilmək istərdim. Üstəlik kəlimə sözü hüç vaxt dilimizdə ümumişləkliyini itirməyib.Türk dilində kəlimə də var söz də var.Mənə elə gəlir ki "kelime" kəliməsini "kəlimə" olaraq "söz" sözünü də "söz" olaraq vermək daha doğru olardı.

Misal verirəm; Şahitlerin anlattıkları kelimesi kelimesine aynıydı. Necə tərcümə olunmalıdır?Dilmanc "sözü sözünə" tərcümə edir, nə qədər doğrudur?Bunu sözbə-söz olaraq verə bilərsiniz amma bunun kimi çox misallar çəkək olar ki onda gərək hər birini ayrıayrılıqda düzəldəsiniz.Çətinliyə girməyə ehtiyac görmürəm asan yol var ikən.Bəlkə sizə işinizi öyrətmək kimi çıxır amma ümid edirəm siz o şəkildə anlamazsınız.
Bir də, kılmak kəliməsi etmək olaraq verilib. Qılmaq/etmək şəklində verilsə yaxşı olar.
Namaz kılmak-namaz qılmaq
İnsan iradesini hakim kılmak-...hakim etmək

Uğurlar...
Azad
 
İsmarıclar: 14
Qeydiyyat: Cümə axşamı avq 07, 2008 10:41 am

Türkcə-Azərbaycanca tərcümədə səhvlər

İsmarıc Samir Şaqavatov » Cümə avq 15, 2008 10:26 am

Razıyam ki, “kəlimə” sözün əslinə (“كَلِمَةٌ”) daha çox uyğundur. Amma, Azərbaycanda “kəlmə” deyirlər və “kəlmə” yazırlar. Sonuncu orfoqrafiya lüğəti də yazılışın bu cür olduğunu təsdiqləyir (Elektron versiyasını http://www.dilmanc.az/az/node/164 ünvanından yükləyə bilərsiniz). “kəlmə” sözü əlbəttə ki, ümumişləkliyini itirməyib, bu tərcümədən istifadə etməməyimizin səbəbi türkcədəki “kelime” sözünə azərbaycancada “söz” sözünün uyğun gəlməsidir (“kəlmə” sözünün işlənməsinin lazım olduğu əksər hallar “kəlmeyi-şəhadət” kimi dilimizə bütöv şəkildə girən ifadələrdir). Statistikaya nəzər salsaq eyni vəziyyəti görərik (12000000-dan çox sözdən ibarət, müxtəlif qəzet, bədii ədəbiyyat v.s. mənbələrdən yığılmış mətn korpusunda):

söz 94,85%
kəlmə 5,08%
kəlimə 0,07%

“kəlməsi kəlməsinə” və “sözü sözünə” tərcümələrinin azərbaycancada bir-birindən fərqi yoxdur, ikisi də səhv tərcümədir. Bu halda sizin təklifiniz həll variantı ola bilməz.

Təşəkkür edirik.
Samir Şaqavatov
Dilmanc qrupu
 
İsmarıclar: 41
Qeydiyyat: Bazar ertəsi noy 19, 2007 2:56 pm

Türkcə-Azərbaycanca tərcümədə səhvlər

İsmarıc Azad » Cümə avq 15, 2008 11:16 am

təşəkkür edirəm.

Çöl və sümük sözləri də yanlışdır.Düzəliş olunmasını xahiş edirəm.
Alternativləri siz daha yaxşı bildiyiniz üçün mənim təkliflərimə ehtiyac yoxdur.

Orfoqrafiya sözlüyünü də çoxdandır istifadə edirəm onun üçün də minnətdaram.
Azad
 
İsmarıclar: 14
Qeydiyyat: Cümə axşamı avq 07, 2008 10:41 am

Türkcə-Azərbaycanca tərcümədə səhvlər

İsmarıc Samir Şaqavatov » Cümə avq 15, 2008 11:58 am

Düzəlişlər edildi:
çöl - səhra/çöl
sümük - selik

Xahiş edirik, öz təkliflərinizi və səhv tərcümə olunan və ya sizin təklif etdiyiniz tərcümənin daha münasib olduğu fraqmentləri də yazın.

Təşəkkür edirik.
Samir Şaqavatov
Dilmanc qrupu
 
İsmarıclar: 41
Qeydiyyat: Bazar ertəsi noy 19, 2007 2:56 pm

Re: Türkcə-Azərbaycanca tərcümədə səhvlər

İsmarıc Murat Alperen » Вazar avq 24, 2008 7:47 pm

İngilis dili və Azərbaycan dili istiqamətindəki tərcümədə şəxsi adlar translitere
edilib tərcümə edilərkən Türk dili və Azərbaycan dili arasındakı tərcümədə İngilislərə
aid şəxsi adlar transliterasyondan keçirilmədən olduğu kimi köçürülür. Bunun səbəbi
ehtimalla İngiliscə adların təbii olaraq Türkcə söz kimi qəbul edilməməsi və tərcümə
əsnasında olduğu kimi buraxılması

Misal olaraq ingilis-Azərbaycan tərcüməsində John Nick sözləri Con Nik şəklində tərcümə
edilir. Türk-Azərbaycan istiqamətində də bu şəkildə çevrilməsi lazım olarkən John və Nick
sözləri tanınmadığı üçün eynilə John Nick olaraq tərcümə edilir.

Əsasən bir səhv olmamasına baxmayaraq bu barədə düzəltmələriniz faydalı olacaq.

Hörmətlər
Murat Alperen
 

Re: Türkcə-Azərbaycanca tərcümədə səhvlər

İsmarıc Samir Şaqavatov » Вazar avq 24, 2008 9:18 pm

Tərcümə olunan mətnin dilinə müvafiq olaraq, İngiliscə-Azərbaycanca istiqamətində ingiliscə adlar, Azərbaycanca-İngiliscə istiqamətində azərbaycanca adlar, Türkcə-Azərbaycanca istiqamətində isə türkcə adlar emal olunmalıdır.
Sizin də təxmin etdiyiniz kimi, "John Nick" türkcə söz olmadığı üçün olduğu kimi çıxır.
Samir Şaqavatov
Dilmanc qrupu
 
İsmarıclar: 41
Qeydiyyat: Bazar ertəsi noy 19, 2007 2:56 pm

Re: Türkcə-Azərbaycanca tərcümədə səhvlər

İsmarıc Murat Alperen » Bazar ertəsi avq 25, 2008 12:47 am

Məncə yenə də İngiliscə adlar üçün transliterasyon variantı qoyulsa və istifadəçi
öz istəyinə görə bundan istifadə edə bilsə daha yaxşı olardı. Tərcümədən sonra
transliterasyon üçün çox vaxt xərclənir.

Hörmətlə
Murat Alperen
 

Re: Türkcə-Azərbaycanca tərcümədə səhvlər

İsmarıc Togrul94 » Вazar sen 07, 2008 1:18 pm

Bir Səhvi də mən nəzərinizə çatdırmaq istəyirəm.
Tərcümə zamanı "Üzgünüm" sözü "Kədərlim" kimi tərcümə olunur. "Bağışlayın" sözü daha uyğun olardı
Togrul94
 

geriyəNövbəti.

Rastlaşdığınız səhvlər

Xətdəkilər

İndi foruma baxırlar: qeydiyyatlı istifadəçi yoxdur və qonaqlar: 0