translate.az - tərcümə portalı istifadəyə verildi

translate.az tərcümə portalına aid müzakirələr bu bölmədə aparılır

Moderator: Dilmanc qrupu

translate.az - tərcümə portalı istifadəyə verildi

İsmarıc admin » Çərşənbə noy 24, 2010 2:20 pm

“Dilmanc” tərcümə sistemi əsasında Azərbaycan dilindən digər dillərə və əksinə onlayn tərcümə sistemi istifadəyə verildi.

http://www.translate.az saytına daxil olmaqla mətnləri Azərbaycan - ingilis, ingilis - Azərbaycan, Azərbaycan - rus, rus - Azərbaycan və türk - Azərbaycan istiqamətləri üzrə avtomatik tərcümə etmək mümkündür. Bundan əlavə, yaxın gələcəkdə saytda mətni kompüter vasitəsilə səsləndirmək, veb-səhifələri olduğu kimi saxlayaraq Azərbaycan dilinə tərcümə etmək, onlayn lüğət və s. xidmətlər istifadəyə veriləcək. Layihə çərçivəsində Azərbaycan dilindən digər dillərə də tərcümə sistemlərinin yaradılması planlaşdırılır.

Səhifə “Dilmanc” layihəsi çərçivəsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyi ilə yaradılmışdır.

Tərcümə istiqamətləri:
* Azərbaycan - Rus
* Rus - Azərbaycan
* Azərbaycan - İngilis
* İngilis - Azərbaycan
* Türk - Azərbaycan

Digər xidmətlər:
* Mətnin səsləndirilməsi
* Veb-səhifələrin tərcüməsi
* Onlayn lüğət
admin
Administrator
 
İsmarıclar: 165
Qeydiyyat: Вazar noy 18, 2007 1:34 pm

Re: translate.az - tərcümə portalı istifadəyə verildi

İsmarıc Rasim Ashurov » Bazar ertəsi dek 06, 2010 9:25 pm

Çoxdan Google-translate yaradılıbdır. Bunu yerinə, Dilmanc-ın səhvləri düzəlmiş versiyasını yazsaydınız ondan yaxşı olardı. Yoxsa yazıq 2 ildir artıq BETA kimi qalıb, hansı proqramçı öz proqram təminatını belə uzun müddətə BETA kimi saxlayır? Beta versiyası yaradırlar ki, istifadəçilər yeni versiyanın yaxşı və pis cəhətlərini desinlər və bu məlumat, Beta versiyasının gələcəkdə düzgün proqram təminatı kimi yaratmağa kömək edir. Dilmanc-da bir adamı bezdirən nasazlıq var: istənilən intervalda və istənilən həcmdə mətnin (nəzərinizə çatdırım ki, 2 cümlədən artıq deyildi) tərcüməsi zamanı (yəni F9 düyməsini) klikləyəndə "Gözləmə" forması açılıq və proqram "donur". Bu nasazlıq, birbaşa proqram təminatının kodunda ola səhvin nəticəsidir.

Hörmətlə, Delphi proqramçısı, "Şəxsi büdcəm" proqram təminatının müəllifi.
Rasim Ashurov
 
İsmarıclar: 15
Qeydiyyat: Bazar ertəsi iyn 22, 2009 12:35 pm

Re: translate.az - tərcümə portalı istifadəyə verildi

İsmarıc Rauf Fatullayev » Bazar ertəsi dek 13, 2010 12:07 pm

Ingilis-Azərbaycan və Azərbaycan-İngilis istiqamətləri üzrə tərcümənin yeni versiyası translate.az saytında yaxın aylarda istifadəyə veriləcək
Rauf Fatullayev
Dilmanc qrupu
 
İsmarıclar: 53
Qeydiyyat: Bazar ertəsi noy 19, 2007 10:46 am

Re: translate.az - tərcümə portalı istifadəyə verildi

İsmarıc Toka » Çərşənbə dek 29, 2010 4:44 pm

Salam. İlk olaraq bu cur sistemler uzerinde işlediyinizə görə size minnətdarlığımı bildirirəm.

Amma bir az da təssuf hissi keçirirəm ki, nədən bu işlərə çox məsuliyyətsiz yanaşma var. Bu sistem sərgi vaxtı təqdim olundu, amma ele sərgi vaxtıda və ondan sonrada işləmədi. Fikirləşdik ki, bu da növbəti bir "Ğöstəridi". Bir müddət sonra açıldı. Sevindik. Başladıq istifadə etməyə .... Amma sistem nə sistem. Sözlərin yarısı çıxmır. Ümumiyyətlə cümlənin mahiyyəti tamami ilə itir. Mən bunu "bir gənc tələbənin bu sahədəki cəhdləri" kimi qiymətləndirirəm. Dilmanc kollektivindən bu cür nəticə gözləmirdik. Düzü bunu yazmağıma səbəb ele indicə bu sistmei bir dostuma təqdim etmək istədim, amma yenə işləmədi deyə yazdım. Uğurlar sizə, amma bunu tam bitirb sonra istifadəyə versəydiniz əla olardı.
Toka
 
İsmarıclar: 1
Qeydiyyat: Çərşənbə dek 29, 2010 4:23 pm

Re: translate.az - tərcümə portalı istifadəyə verildi

İsmarıc Rauf Fatullayev » Çərşənbə dek 29, 2010 7:32 pm

Salam
Nəzərinizə çatdırırıq ki, sistem hələ istifadəyə verilməyib. dilmanc.az saytına baxsanız görərsiniz ki, orda translate.az -a heç bir link yoxdur. translate.az -a daxil olarkən diqqətli olsaydınız, `sistem beta testləşdirilmə mərhələsindədir` yazısını görərdiniz. Sistem istifadəyə ona görə vaxtından tez verilir ki, istifadəçilər müxtəlif bənzətmələr əvəzinə, səhvləri bizə bildirsinlər.
Tərcümə keyfiyyəti isə yaxın aylarda yüksələcək və bundan sonra sistem istifadəçilərə təqdim olunacaq. Bakutel sərgisində biz sadəcə hansı texnologiyalar üzərində işlədiyimizi nümayiş etdiririk.
Rauf Fatullayev
Dilmanc qrupu
 
İsmarıclar: 53
Qeydiyyat: Bazar ertəsi noy 19, 2007 10:46 am

Re: translate.az - tərcümə portalı istifadəyə verildi

İsmarıc Rasim Ashurov » Cümə dek 31, 2010 10:44 am

>Mən bunu "bir gənc tələbənin bu sahədəki cəhdləri" kimi qiymətləndirirəm
- Təmamilə razıyam.

>Dilmanc kollektivindən bu cür nəticə gözləmirdik.
- 2 il proqram təminatını Beta kimi saxlayan proqramçılardan başqa nə gözləmək olar
Rasim Ashurov
 
İsmarıclar: 15
Qeydiyyat: Bazar ertəsi iyn 22, 2009 12:35 pm

Re: translate.az - tərcümə portalı istifadəyə verildi

İsmarıc Imran » Cümə axşamı fev 17, 2011 12:08 am

Salam
Men burda hec tercume etmek ucun hec bir vasite gormurem.Seher 2saatdir kiora bura girirem ki tercume edim.Amma bir sey yoxdu.Bele tercume sayti olar???????????????????
Imran
 
İsmarıclar: 1
Qeydiyyat: Çərşənbə fev 16, 2011 11:54 pm

Re: translate.az - tərcümə portalı istifadəyə verildi

İsmarıc admin » Çərşənbə axşamı mar 01, 2011 9:56 am

translate.az texniki işlərlə əlaqədar olaraq bir neçə günlük dayandırılmışdır. Artıq istifadəyə verilib.
admin
Administrator
 
İsmarıclar: 165
Qeydiyyat: Вazar noy 18, 2007 1:34 pm

Re: translate.az - tərcümə portalı istifadəyə verildi

İsmarıc AZERI QIZI. » Cümə noy 25, 2011 12:50 pm

bu nece tercume proqrami bir sozu azerb den rus diline tercume etmir?rus dilinden edir ama.xaiw edirem,cavablandirin.
AZERI QIZI.
 
İsmarıclar: 1
Qeydiyyat: Cümə noy 25, 2011 12:48 pm

Re: translate.az - tərcümə portalı istifadəyə verildi

İsmarıc admin » Cümə noy 25, 2011 3:53 pm

Hansı sözü tərcümə etmir?
admin
Administrator
 
İsmarıclar: 165
Qeydiyyat: Вazar noy 18, 2007 1:34 pm

Növbəti.

www.translate.az - Tərcümə portalı

Xətdəkilər

İndi foruma baxırlar: qeydiyyatlı istifadəçi yoxdur və qonaqlar: 0

cron