“Dilmanc” tərcümə sistemi əsasında Azərbaycan dilindən digər dillərə və əksinə onlayn tərcümə sistemi istifadəyə verildi.
http://www.translate.az saytına daxil olmaqla mətnləri Azərbaycan - ingilis, ingilis - Azərbaycan, Azərbaycan - rus, rus - Azərbaycan və türk - Azərbaycan istiqamətləri üzrə avtomatik tərcümə etmək mümkündür. Bundan əlavə, yaxın gələcəkdə saytda mətni kompüter vasitəsilə səsləndirmək, veb-səhifələri olduğu kimi saxlayaraq Azərbaycan dilinə tərcümə etmək, onlayn lüğət və s. xidmətlər istifadəyə veriləcək. Layihə çərçivəsində Azərbaycan dilindən digər dillərə də tərcümə sistemlərinin yaradılması planlaşdırılır.
Səhifə “Dilmanc” layihəsi çərçivəsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyi ilə yaradılmışdır.
Tərcümə istiqamətləri:
* Azərbaycan - Rus
* Rus - Azərbaycan
* Azərbaycan - İngilis
* İngilis - Azərbaycan
* Türk - Azərbaycan
Digər xidmətlər:
* Mətnin səsləndirilməsi
* Veb-səhifələrin tərcüməsi
* Onlayn lüğət