TogrulCeferli » Вazar mar 27, 2011 4:10 pm
Salam. Hal-hazırda mən bir proqram yığıram. Proqramın bir hissəsində söz və söz birləşmələrini, bəzən də cümlələri online tərcümə etmək lazımdır. Mənə çoxlu istiqamətlərdə tərcümə lazım olduğundan Googlenin NET üçün Translate APİ`sindən istifadə eləməyi qərara aldım. Amma təəssüf ki alınmadı, çünki Google`nin Azərbaycan dilinə tərcüməsi Hələ Alpha olduğundan onu APİ`lərinə daxil eləməmişdilər. İndi bu tərcüməni başqa yolla eləməyə çalışıram. İndi mənə maraqlıdır ki, Translate.az öz APİ`sini çıxara bilərmi? Ya da Veb Service kimi bir xidmət verə bilərmi? Düşünürəm ki, onlayn tərcümə varsa, bu mümkün olmayan bir şey deyil. Yəni translate.az`ın işlətdiyi api varsa onu proqramçılara təqdim etsəniz yaxşı olar. Bir sualım da olacaq: Dilmanc Proqramının işlətdiyi DLL fayllarından başqa proqramda Reference kimi işlətmək mümkündür? Əvvəlcədən təşəkkürlər!