azərbaycanca yazının avtomatik yoxlanması

Azərbaycan dilində olan digər alətlərin müzakirəsi

Moderator: Dilmanc qrupu

azərbaycanca yazının avtomatik yoxlanması

İsmarıc pr-menecer » Cümə apr 04, 2008 9:19 am

Salam. Çox təşəkkürlər ki, AzeriSpellChek kimi proqramlar yaradılıb. Bu, Azərbaycan dili ilə işləyən, xüsusən də bu dildə ciddi mətnlər, məqalələr yazan hər kəs üçün son dərəcə vacib proqramdır. Təşəkkürlər. Amma problem ondadır ki, bu yoxlanma proqramının söz bazası çox kasıbdır, burada bir çox müasir sözlər, mürəkkəb sözlər yoxdur, əksinə, proqrama reallıqda olmayan sözlər hərf birləşmələri daxil edilib ki, bu da dili bilməyən insanı çox çaşdırır.

Bu gün gördüm ki, yeni Orfoqrafiya lüğətinin elektron variantı çıxıb. Əminəm ki, buradakı söz bazası daha zəngindir. Bu lüğət əsasında yeniləndirilmiş AzəriSpellChek yaratmaq çox gözəl olardı, dilimizin istifadəsini yüngülləşdirərdi. Əgəgr belə bir şey varsa, xahiş edirəm mənə məlumat verin.Mənim ünvanım: baku2002@mail.ru

2. Təəssüf ki, bir çox insanlar belə proqramların mövcudluğundan xəbərsizdir. Mən sizin de-fakto piarınızla məşğulam, bütün tanışlarıma yeni dil proqramlarını yükləyib istifadə etmələrinə yardım edirəm. Mətbuatda və televiziyada ara-sıra çıxışlar reklamınızı təmin etmir. Tövsiyə edərdim ki, müəssisə və təşkilatların proqramistləri ilə birbaşa işləyəsiniz, reklamı gücləndirəsiniz. Bilirəm ki, pulsuz yayılır, amma iş insanlarına çox yardım etmiş olarsınız əziyyətiniz də hədər getməz.

Təşəkkürlər. Mətkubumun böyük ölçüsünə görə sorry)))
pr-menecer
 

Re: azərbaycanca yazının avtomatik yoxlanması

İsmarıc Rauf Fatullayev » Bazar ertəsi may 05, 2008 1:56 am

Salam. AzeriSpellCheck proqramı bizim qrup tərəfindən hazırlanmayıb. Ona görə də bizim bu proqrama müdaxilə etmək imkanımız yoxdur. Yeni proqram yaratmaq da bizim layihədə nəzərdə tutulmayıb.
Dilmancı təbliğ etdiyiniz üçün isə sizə minnətdarıq. Təkliflərinizə gəldikdə, Dilmanc hələki yalnız internet vasitəsilə təbliğ olunur, amma gələcəkdə siz dediyiniz məsələlər də reallaşa bilər.
Çox sağ olun, irad və təkliflərinizi bizə bildirməkdən çəkinməyin
Rauf Fatullayev
Dilmanc qrupu
 
İsmarıclar: 53
Qeydiyyat: Bazar ertəsi noy 19, 2007 10:46 am

Re: azərbaycanca yazının avtomatik yoxlanması

İsmarıc Igrar Aliyev » Cümə axşamı noy 06, 2008 9:57 am

Salamlar,

Əgər Sizdə Microsoft Office 2007 varsa onun uchun Microsoftun özündən SpellCheker (səhvləri yoxlayan) və Azərbaycan dili İnterfeysi var.

Aşağıdakı linkdən Microsoftun saytindan yükləyə bilərsiniz:

http://www.microsoft.com/downloads/details.aspx?FamilyId=91426C33-EA45-482D-AF08-CD8EA8CBFD53&displaylang=az

Hormətlə,

İgrar
Igrar Aliyev
 

Re: azərbaycanca yazının avtomatik yoxlanması

İsmarıc Rauf Fatullayev » Bazar ertəsi dek 15, 2008 8:34 pm

çox sağolun...
Rauf Fatullayev
Dilmanc qrupu
 
İsmarıclar: 53
Qeydiyyat: Bazar ertəsi noy 19, 2007 10:46 am

Re: azərbaycanca yazının avtomatik yoxlanması

İsmarıc ulviyye » Çərşənbə fev 24, 2010 10:52 am

SALAM. MENE ORFOQRAFIYA LUGETI LAZIMDIR. TECILI.
ANCAQ BUNDAN ONCE EVDEKI KOMPUTERIME YUKLEMISHDIM, INDI LINKI TAPA BILMIREM
XAHISH EDIREM KOMEK EDIN
ulviyye
 

Re: azərbaycanca yazının avtomatik yoxlanması

İsmarıc admin » Cümə axşamı mar 04, 2010 9:16 am

admin
Administrator
 
İsmarıclar: 165
Qeydiyyat: Вazar noy 18, 2007 1:34 pm


Azərbaycan dili üçün digər alətlər

Xətdəkilər

İndi foruma baxırlar: qeydiyyatlı istifadəçi yoxdur və qonaqlar: 1

cron