Salamlar. İşiniz avand olsun , mən belə bir proqram təminatının yaradılması üçün öz fikirlərimi deyirəm.
1- Biz bu iş üçün Əli Daşqın sözlükün seçmişik. Bu sözlük Yaxçı olarmı? Duzdur kamil bir sözlük dəyir amma burda gərək biz özümüz sözlükü DATABASE'ə vuraq, çün ki bizə REFERENCE vermirlər.
2-DATABASE işin neyliyə bilərik?
3-Luğəti az zamanda tapmax müşkülümüz var
4-Bütün sözlükü HARD'dan RAM'ə az zamanda gətirmək müşkülümüz var
1. Bu sözlüyü tanımıram. Amma mükəmməl fars-türk, türk-fars lüğətlərinin olmasına inanıram.
2. ilkin variant kimi Sqlite bazasından istifadə etmək yaxşı olardı. Daha sonra proqramın özünün tələblərinə uyğun fayl formatı tərtib olunsa daha yaxşı olar
3. Mövcudə olan elekton lüğətlərdən sözləri və tərcümələrini çıxarıb sistemləşdirmək pis olmazdı
Yəqin ki, Türk -ingilis və fars -ingilis istiqamətli lüğətlər kifayət qədərdir. Əgər fars-türk və ya türk fars (elektron və ya kitab formasında) tapmaq olarsa iş xeyli rahatlaşmış olardı.
4. Bu istər istəməz zamanınızı alacaq və sizin tərtib etdiyiniz algoritmdən və HDD yazılan informasiyanın həcmindən asılıdır(Və əlbəttə istifadə etdiyiniz mexanizmdən)
məsələn ; əgər sözü lüğətdə axtarış vaxtı HDD -dən RAM-a oxumaq lazım gələrə hökmən indeksasiyadan istifadə edin...
-----------------------------------------------------------------------------
Əgər siz yeni lüğət tərtib etmək niyətinizdəsizsə dilçilərin yardımı və müdaxiləsi olmadan belə bir işin uğurlu alınacağına inanmıram. ikincisi, Unicode məsələsi yəqin ki qabağınıza çıxan ən böyük problem olacaq , üstə gəl fars kəlmələrinin sağdan sola doğru yazılması... . Bu kimi məsələlərin optimal olmayan , lakin tez zamanda həll edilməsə üçün .Net -dən istifadə pis olmazdı.
İnanmıram ki, proqramçılar olmadan bu işi görmək istəyirsinz, bu halda bəzi programlar (məs. Jalingo) imkan verir ki, siz yalnız sözlük bazasını yaradasınız.
//---------------------------------------------
Yeri gəlmişkən , Lüğət bazası dolduramq da asan məsələ deyil... İnanıram ki, dilmanc əməkdaşları növbəti versiyada bu məsələni ən azı nəzərə alacaqlar