Təbriz qardaşız öz qardaşlarınnan yardım istiyir

Azərbaycan dilində olan digər alətlərin müzakirəsi

Moderator: Dilmanc qrupu

Təbriz qardaşız öz qardaşlarınnan yardım istiyir

İsmarıc wokesh » Вazar mar 07, 2010 11:56 pm

Bütün Azərbaycanın dilinə və Fərhənginə işliyən insanlardan təşəkkur edirəm. Bizim Təbrizdə bir bilgisayar şirkətimiz var, biz istiyirik bir sözlük Türkcədən Farscaya düzərdək. Bunun üçün ki burda biz Fars istimarının artındayık və çoxlu Türk qardaşlarımız burda öz dillərin başara bilmillər istirik bu işi görüb və bir rahat yol onların öz dillərin örgəşmək üçün yaradax. İndi mənim bu sorğu larım var:
    1- Biz bu iş üçün Əli Daşqın sözlükün seçmişik. Bu sözlük Yaxçı olarmı? Duzdur kamil bir sözlük dəyir amma burda gərək biz özümüz sözlükü DATABASE'ə vuraq, çün ki bizə REFERENCE vermirlər.
    2-DATABASE işin neyliyə bilərik?
    3-Luğəti az zamanda tapmax müşkülümüz var
    4-Bütün sözlükü HARD'dan RAM'ə az zamanda gətirmək müşkülümüz var
Bu yolda bizi yadım eyliyə bilərsizmi?
wokesh
 
İsmarıclar: 1
Qeydiyyat: Вazar mar 07, 2010 11:29 pm

Re: Təbriz qardaşız öz qardaşlarınnan yardım istiyir

İsmarıc Rauf Fatullayev » Çərşənbə mar 10, 2010 9:18 am

Salam
wokesh yazıb:1- Biz bu iş üçün Əli Daşqın sözlükün seçmişik. Bu sözlük Yaxçı olarmı? Duzdur kamil bir sözlük dəyir amma burda gərək biz özümüz sözlükü DATABASE'ə vuraq, çün ki bizə REFERENCE vermirlər.

Adını çəkdiyiniz sözlük haqqında məlumatımız yoxdur və onun necə lüğət olduğunu həm türk, həm də fars dillərini yaxşı bilən dilçi mütəxəssislər deyə bilər. Dilmanc yaradıcıları komandasında belə mütəxəssis yoxdur
wokesh yazıb:2-DATABASE işin neyliyə bilərik?
Bu çox ümumi sualdır, xahiş edirik konkretləşdirin
wokesh yazıb:3-Luğəti az zamanda tapmax müşkülümüz var
Təəssüf ki, bu lüğət bizdə yoxdur
wokesh yazıb:4-Bütün sözlükü HARD'dan RAM'ə az zamanda gətirmək müşkülümüz var
Database haqqında qərara gəldiyinizdən sonra bu məsələni müzakirə etmək olar

Uğurlar
Rauf Fatullayev
Dilmanc qrupu
 
İsmarıclar: 53
Qeydiyyat: Bazar ertəsi noy 19, 2007 10:46 am

Re: Təbriz qardaşız öz qardaşlarınnan yardım istiyir

İsmarıc oogey » Bazar ertəsi avq 09, 2010 5:35 am

Salam, qardaş Rauf Fətullayev!
Mən sənin o Təbrizli qardaşa yazdığın cavabın misilsiz laqeydliklə və çarəsizliklə yazılmasına və kömək istəyən qardaşa belə insafsız (ağır söz yazmaq istəmirəm) cavab yazdığına son dərəcə məətəl qalmışam... Yazırsan ki, "filan şey bizdə yoxdur, filan şey bizdə yoxdur". Ay bala, ay Azərbaycanlı qardaş, bacarmadığın məsələyə niyə yox cavabı yazırsan, özü də beləcə, dərindən düşünmədən və etinasızcasına. Bakıda şanlı Elmlər Akademiyamızın kifayət qədər nəşr etdirdiyi müvafiq əsərlər olmalıdır. Təbrizdən (!!!) sizin saytınıza yazıblar... Siz təkcə bununla fəxr etməliydiniz və çalışıb nəyin bahasına olursa olsun, qardaşın istədiyi Azərbaycanca-farsca və ya Farsca-Azərbaycanca tapmalıydınız. Amma, gör necə cavab yazmısınız!? Təəssüf edirəm! Farsca-Azərbaycanca lüğət bir-neçə il bundan qabaq Bakıda nəşr olunub. Belə məsələlərdə fəallıq göstərmək əsas şərtdir, qardaş! Bəzi iradlarıma görə xahiş edirəm inciməyəsiniz. Çünki burada Azərbaycanımızın ağrılı məsələlərinə toxunulub. Amma siz: "o yoxdur, bu yoxdur" cavabını yazmısınız. Rauf qardaş, bir az yanmaq, alovlanmaq və nur saçmaq lazımdır!!!
Sən bir sözə fikir ver: "Təbriz qardaşız öz qardaşlarınnan yardım istiyir". Məgər belə bir cümlədən sonra sənin yazdığın o cansız cümlələri yazmaqmı olardı?! Nə isə keçənə güzəşt edərlər. Yaxşı olardı ki, bu məsələyə daha ciddi nəzarət təşkil edəsiniz və həvəskarlar və könüllülər dəvət edəsiniz ki, onu həll etmək yolları tapılsın və Təbriz qardaş da oxuyub, hələlik bu yazılardan ruhlansın...
oogey
 
İsmarıclar: 1
Qeydiyyat: Bazar ertəsi avq 09, 2010 4:09 am

Re: Təbriz qardaşız öz qardaşlarınnan yardım istiyir

İsmarıc Zohrab » Çərşənbə axşamı avq 31, 2010 1:03 pm

Salamlar. İşiniz avand olsun , mən belə bir proqram təminatının yaradılması üçün öz fikirlərimi deyirəm.

1- Biz bu iş üçün Əli Daşqın sözlükün seçmişik. Bu sözlük Yaxçı olarmı? Duzdur kamil bir sözlük dəyir amma burda gərək biz özümüz sözlükü DATABASE'ə vuraq, çün ki bizə REFERENCE vermirlər.

2-DATABASE işin neyliyə bilərik?

3-Luğəti az zamanda tapmax müşkülümüz var

4-Bütün sözlükü HARD'dan RAM'ə az zamanda gətirmək müşkülümüz var


1. Bu sözlüyü tanımıram. Amma mükəmməl fars-türk, türk-fars lüğətlərinin olmasına inanıram.
2. ilkin variant kimi Sqlite bazasından istifadə etmək yaxşı olardı. Daha sonra proqramın özünün tələblərinə uyğun fayl formatı tərtib olunsa daha yaxşı olar
3. Mövcudə olan elekton lüğətlərdən sözləri və tərcümələrini çıxarıb sistemləşdirmək pis olmazdı
Yəqin ki, Türk -ingilis və fars -ingilis istiqamətli lüğətlər kifayət qədərdir. Əgər fars-türk və ya türk fars (elektron və ya kitab formasında) tapmaq olarsa iş xeyli rahatlaşmış olardı.
4. Bu istər istəməz zamanınızı alacaq və sizin tərtib etdiyiniz algoritmdən və HDD yazılan informasiyanın həcmindən asılıdır(Və əlbəttə istifadə etdiyiniz mexanizmdən)
məsələn ; əgər sözü lüğətdə axtarış vaxtı HDD -dən RAM-a oxumaq lazım gələrə hökmən indeksasiyadan istifadə edin...
-----------------------------------------------------------------------------
Əgər siz yeni lüğət tərtib etmək niyətinizdəsizsə dilçilərin yardımı və müdaxiləsi olmadan belə bir işin uğurlu alınacağına inanmıram. ikincisi, Unicode məsələsi yəqin ki qabağınıza çıxan ən böyük problem olacaq , üstə gəl fars kəlmələrinin sağdan sola doğru yazılması... . Bu kimi məsələlərin optimal olmayan , lakin tez zamanda həll edilməsə üçün .Net -dən istifadə pis olmazdı.

İnanmıram ki, proqramçılar olmadan bu işi görmək istəyirsinz, bu halda bəzi programlar (məs. Jalingo) imkan verir ki, siz yalnız sözlük bazasını yaradasınız.
//---------------------------------------------
Yeri gəlmişkən , Lüğət bazası dolduramq da asan məsələ deyil... İnanıram ki, dilmanc əməkdaşları növbəti versiyada bu məsələni ən azı nəzərə alacaqlar
Zohrab
 
İsmarıclar: 1
Qeydiyyat: Çərşənbə axşamı avq 31, 2010 12:37 pm

Dəli təbrizdilər

İsmarıc Xaqan » Çərşənbə yan 21, 2015 12:05 pm



səlam düzdü mən özümdə iranliyam ancaq düz sözə bir şey deməx olmur RƏUF qardaş əllərinə sağlıq yaxcı o axmaqın yanıtını vermisən.Niyəki helə helə adamlar ancaq puldan ötürü belə belə işlərə atılıllar. yadakı öz adların tanıtmaq üçün. Olar burda belə danışıllar oları sən farslarla düşəndə görmeyibsən.Farslarla düşəndə olar öz ana dillərin bir fars itinən danışmağa gora unutullar.Burda azərbaycan dili yoxdur belə belə adamlarda dilimizin qanın içillər( FARS KÖLƏLƏRİ). Bu arada bunuda deməliyəmki siz biz çox.. türkiyə biraz bizdən az ;Öz dilimizi başqa dillərə çox qatırıq. Məncə tezliklə azərbaycanda gərək TDK (türk dil kurumu) yaradılmalıdır.sözün yerinə söz gətirək bir örnək vursam(QƏLƏM..ərəbcə.) Yaz+qac=yazqac ...say+qac=sayqac kı counter deməkdir. mənə öz yanıtını yazmağını isdeyirəm...Doğransamda dilim dilim ölən dəyil ana dilim
Xaqan
 
İsmarıclar: 1
Qeydiyyat: Çərşənbə yan 21, 2015 11:38 am


Azərbaycan dili üçün digər alətlər

Xətdəkilər

İndi foruma baxırlar: qeydiyyatlı istifadəçi yoxdur və qonaqlar: 1

cron