Türkcə-Azərbaycanca tərcümədə səhvlər

Dilmanc tərcümə sistemi ilə işləyərkən rast gəlinən səhvlər, çatışmazlıqlar və s.

Moderator: Dilmanc qrupu

Türkcə-Azərbaycanca tərcümədə səhvlər

İsmarıc Azad » Cümə axşamı avq 07, 2008 11:06 am

Salam,
Hazirladiginiz proqram ucun evvela tesekkur edirem.

Ancaq bezi deyeceklerim de var, turkiye turkcesinden tercumede rast geldiyim bezi yanlisliqlari bildirmek isteyirem.
Birincisi bu tercumede azerbaycan dilinde eyni olan sozleri de tercume edercesine sinonimlerini vermeye ehtiyac gormurem, Meselen:

1-Kalb sozu urek deye tercume olunur, buna ne ehtiyac var, Qəlb sozu ki dilimizde var, Kapalı, bağlı verilir, halbuki qapalı sözü də var dilimizdə.
2-Cilt sozu dəri olaraq tercume olunur, buna da ehtiyac yoxdu, axi dilimizde cild sozu var.Bu sekilde olarsa hem insanin cildi hem de kitab cildi menalarini ehate etdiyi ucun daha optimal olar.
3-Afv kelimesi dilimizde əfv kimi istifadə olunur, tərcümə zamanı həmin kəlimə əhv deyə tərcümə edilir.Bu isə qrammatik yanlışlıqdır.Düzəldilsə yaxşı olar...
4-Eyni bunu kimi İtibarile kəliməsi etibarıyla deyə tərcümə olunur, bu da qrammatik xətadır, etibarilə olmalıdır.
5-Macun kəliməsi pasta deyə tərcümə edilir, məgər dilimizdə məcun sözü yoxdur? Hər bir sözü tərcümə etməyə çalışaraq sinonimləri ilə əvəz etməyə gərək yoxdur.
6-Hijyen kəliməsini tərcümə etmir, bunu gigiyena kəliməsi ilə əvəz etmək olar.
7-ca-cə şəkilçilərinə yenidən baxılsa yaxşı olar, hər yerdə istiqamət bildirən tərəfindən sözü kimi tərcümə olunur.Məs: asırlarca=əsrlər tərəfindən, Hatice=xətti tərəfindən,

Bunlar kimi bir cox iradlarim da var ama yaxin zaman erzinde bunlarin tekrar islenib yeni versiyasinin hazirlandigini gorsem sizinle emekdasliq edercesine yanlisliqlari diqqetinize catdiraraq proqramin daha da tekmillesesine destek olmaga calisacam.

Size bu isde ugurlar arzulayiram.
Tesekkurler.
Azad
 
İsmarıclar: 14
Qeydiyyat: Cümə axşamı avq 07, 2008 10:41 am

Türkcə-Azərbaycanca tərcümədə səhvlər

İsmarıc Samir Şaqavatov » Cümə axşamı avq 07, 2008 2:35 pm

Sizin iradlarınıza baxıldı.
3, 4-cü bəndlərdə göstərilən orfoqrafik səhvlər düzəldildi.
5-dəki tərcümə təklif etdiyiniz kimi dəyişdirildi.
6-da qeyd etdiyiniz “hijyen” sözü avtomatik lüğətə əlavə edildi.
7-ci bənddəki səhvlər bu sözlərin avtomatik lüğətdə olmaması ilə əlaqədardır. Sizin sadaladığınız sözlər üçün səhv aradan qaldırıldı. “-ca”, “-cə” ilə bitən başqa səhv tərcümə olunan sözlər varsa, bizə göndərməyi (Şəkil-a və ya foruma yazmaqla) xahiş edirik.
1 və 2-ci bəndlərə gəldikdə, biz tərcümədə Azərbaycan dilində tezliyi yüksək olan (tez-tez rast gəlinən) və bütün halları əhatə edə bilən sözləri seçməyə çalışmışıq. Ayrı-ayrı sözlər üçün səhv etdiyimiz ola bilər (“macun” sözündə olduğu kimi), lakin, bu maşın tərcüməsində avtomatik lüğətlərin hazırlanmasının təməl qaydalarındandır. Məsələn: “cilt” sözünün tərcüməsinə “cild” yaza bilmərik, çünki, Azərbaycan dilində bu sözün ən çox işləndiyi mənanı ifadə edən söz “dəri”-dir.

Dilmanc proqramının yaxın aylarda istifadəyə verilməsi nəzərdə tutulan növbəti versiyasında düzəlişlər nəzərə alınacaq.

Səhvləri bizə bildirərək Dilmancın təkmilləşdirilməsinə kömək etdiyiniz üçün təşəkkür edirik.
Samir Şaqavatov
Dilmanc qrupu
 
İsmarıclar: 41
Qeydiyyat: Bazar ertəsi noy 19, 2007 2:56 pm

Türkcə-Azərbaycanca tərcümədə səhvlər

İsmarıc Azad » Bazar ertəsi avq 11, 2008 12:05 pm

Cavabiniz ucun minnetdaram. Qarsilasdigim xetalari yene de bildirmeye clisacam. Operativ islemeyiniz meni sevindirdi. Daha ugurlu neticeler alinacagini umid edirem...
Bir de bir seyi bilmek isteyirem. Yeni versiyanin teqdimati ne vaxt olacaq?(sirr deyilse)
Tesekkurler.
Azad
 
İsmarıclar: 14
Qeydiyyat: Cümə axşamı avq 07, 2008 10:41 am

Türkcə-Azərbaycanca tərcümədə səhvlər

İsmarıc Samir Şaqavatov » Bazar ertəsi avq 11, 2008 1:04 pm

Dilmanc proqramının yeni versiyası sentyabr-oktyabr aylarında istifadəyə veriləcək.
Samir Şaqavatov
Dilmanc qrupu
 
İsmarıclar: 41
Qeydiyyat: Bazar ertəsi noy 19, 2007 2:56 pm

Türkcə-Azərbaycanca tərcümədə səhvlər

İsmarıc Azad » Bazar ertəsi avq 11, 2008 4:51 pm

Hörmətli Samir bəy,

Qarşılaşdığım bəzi nöqsanları bildirirəm:

1-İliklerime kadar kəliməsini- düymələmələrimə qədər deyə tərcümə edir, iliklərimə qədər olmalıdı.

2-Okunuşunu kəliməsini olduğu kimi verir, oxunuşunu olmalıdı.

3-Sıtma kəliməsi qızdırma ilə əvəz olunsa yaxşı olar. Bir də ki onun qarşılığı "maleria" deye yazılıb, o da orfoqrafik olaraq yanlışdı.olduğu kimi saxlasanız malyariya deyə düzəldin zəhmət olmasa.

4-Bordo kəliməsinin tərcüməsi yoxdur, tünd qırmızı olmalıdı.Yaxud da bilirsinizsə müvafiq tərcüməsi verilsə yaxşı olar.

5-Pembe kəliməsi bənövşəyi deyə verilib, bu yanlışdır. Pembe kəliməsi dilimizdə çəhrayı`dır.

6-Diz-dize ifadəsi, düz düzə deyə tərcümə olunur.Əslində elə dilimizdə də eynidir diz-dizə olmalıdır.

7-Zerrece, zərrə tərəfindən deyə tərcümə olunur. Zərrə qədər olması doğru olardı.

8-Zaten kəliməsi tərcümə olunmur. Ən azından "Onsuz da"ifadəsi ilə tərcüməsi verilə bilər.

9-Hemen hemen= dərhal dərhal deyə tərcümə olunur. Əslində "Demək olar ki" kimi tərcümə etmək olar.

10-Dargınlık kəliməsi hirslilik kimi verilir. Bu o həmin kəlimənin tam qarşılığı deyil. Dargınlık kəliməsinin əsl mənasıni dilimizdə inciklik kəliməsi verir, darılmak da incimək.

11-Bilmeyince-bilməyin tərəfindən deyə verilib. Bilmədikdə deyə tərcümə oluna bilər.

12-Sahih kəliməsi düzgün kimi tərcümə olunur. Səhih olmasında bir mane yoxdur zənnimcə.Belə olması daha əhatəlidir.Mən tərcümədə bunu gördüm.

Bu günlük bu qədər.
Sizə uğurlar.
Azad
 
İsmarıclar: 14
Qeydiyyat: Cümə axşamı avq 07, 2008 10:41 am

Türkcə-Azərbaycanca tərcümədə səhvlər

İsmarıc Samir Şaqavatov » Çərşənbə axşamı avq 12, 2008 11:23 am

Təkliflərinizə baxıldı və aşağıdakı dəyişikliklər edildi:
1) iliklerime – iliklərimə
2) okunuşunu – oxunuşunu
3) sıtma – qızdırma
4) bordo – tünd qırmızı
5) pembe – çəhrayı
6) diz-dize – diz-dizə
7) zerrece – zərrəcə
8) zaten – onsuz da/zatən
9) hemen hemen – az qala
10) dargınlık – inciklik
11) bilmeyince – bilməyincə
12) sahih – səhih

Təşəkkür edirik.
Samir Şaqavatov
Dilmanc qrupu
 
İsmarıclar: 41
Qeydiyyat: Bazar ertəsi noy 19, 2007 2:56 pm

Türkcə-Azərbaycanca tərcümədə səhvlər

İsmarıc Azad » Çərşənbə axşamı avq 12, 2008 3:06 pm

Yeni düzəlişlər ucun:
Türkcə Edilən tərcümə Düzəliş

1- Tutardı, (kapıyı kapalı tutardı) məbləğdi tutardı
2- iştiha iştiha iştaha
3-neredeyse haradaysa demək olar ki
4-mukabele etm. təltif etm. qarşılıq vermək
5-kılı kırk yararcasına kıkı kırk faydacasına -----------
6-vesile səbəb vəsilə
7-köşe künc guşə/künc/köşə
8-endişe narahatlıq əndişə
9-talib istəyən talib
10-sur sur divar
11-ta ki, de ki ta ki,
12-şefaat himayə şəfaət
13-saran(etrafı saran) qucaqlayan saran
14-belli müəyyən bəlli
15-sorunca problem tərəfindən soruşanda/soruşduqda
16-içyüzü içiyi iç üzü
17-biat biat beyət
18-ödünü koparmak güzəşti qoparmaq vəlvələyə salmaq
19-serfiraz serfiraz sərfiraz
20-kapanmak (içine kapanmak) bağlanmaq qapanmaq
21-rikkat rikkat riqqət
22-intikal intikal intiqal
23-deniyor(kendini deniyor) deyilir sınayır/yoxlayır
24-bütünleşme inteqrasiya bütünləşmə
25-reva görmek reva görmək rəva görmək
26-yollar göndərər yollar(küçə)/göndərər
27-hüzuruna dincliyinə hüzuruna

Mümkün qədər müvafiq qarşılıqlar verməyə çalışdım.Amma mütəxəssis olaraq sizin bildikləriniz yəqin ki daha uyğun olar. 5-ci maddədə kılı kırk yararcasına ifadəsini necə edəcəyinizi bilmirəm amma "olduqca həssas bir şəkildə" kimi mənaya gəlir.
Azad
 
İsmarıclar: 14
Qeydiyyat: Cümə axşamı avq 07, 2008 10:41 am

Türkcə-Azərbaycanca tərcümədə səhvlər

İsmarıc Azad » Çərşənbə axşamı avq 12, 2008 3:13 pm

Gonderildikden sonra bu sekilde gorune bileceyini nezere almadim. Yazarken araliqlar qoyaraq, uc ayri sutun halinda yazmisdim.
Umid edirem ki anlamaqda cetinlik cekmezsiniz, her hansi bir cetinlik olsa tekrar daha anlashiqli sekilde gondere bilerem.
Azad
 
İsmarıclar: 14
Qeydiyyat: Cümə axşamı avq 07, 2008 10:41 am

Türkcə-Azərbaycanca tərcümədə səhvlər

İsmarıc Samir Şaqavatov » Çərşənbə axşamı avq 12, 2008 3:42 pm

HTML kodunda sizin dedeyiniz kimi boşluqlarladır. Narahat olmayın, təkrar göndərməyə eytiyac yoxdur.
Samir Şaqavatov
Dilmanc qrupu
 
İsmarıclar: 41
Qeydiyyat: Bazar ertəsi noy 19, 2007 2:56 pm

Türkcə-Azərbaycanca tərcümədə səhvlər

İsmarıc Samir Şaqavatov » Çərşənbə avq 13, 2008 9:43 am

Göndərdiklərinizə baxıldı. Aşağıdakı dəyişikliklər edildi:

1) Tutardı, (kapıyı kapalı tutardı) 1) Məbləğ idi, (qapını bağlı saxlayardı)
2) iştiha 2) iştaha
3) neredeyse 3) haradasa
4) mukabele etmek 4) qarşılıq vermək
5) kılı kırk yararcasına 5) tükü qırx yararcasına
6) vesile 6) səbəb
7) köşe 7) künc
8) endişe 8) narahatlıq
9) talib 9) talib
10) sur 10) sur
11) ta ki, 11) ta ki,
12) şefaat 12) şəfaət
13) saran (etrafı saran) 13) qucaqlayan (ətrafı saran)
14) belli 14) müəyyən
15) sorunca 15) soruşduqda
16) içyüzü 16) iç üzü
17) biat 17) beyət
18) ödünü koparmak 18) qorxutmaq
19) serefraz 19) sərəfraz
20) kapanmak (içine kapanmak) 20) bağlanmaq (içinə qapanmaq)
21) rikkat 21) riqqət
22) intikal 22) intiqal
23) deniyor (kendini deniyor) 23) deyilir (özünü sınayır)
24) bütünleşme 24) inteqrasiya olunma
25) reva görmek 25) rəva görmək
26) yollar 26) yollar/göndərər
27) huzuruna 27) dinclik/hüzuruna

Hansı sözlərin tərcüməsinin başqa cür olmasını istəyirsinizsə, təklif etdiyiniz tərcüməylə birlikdə həmin sözə hansı cümlədə və ya fraqmentdə (1-ci bənddə "kapıyı kapalı tutardı" yazdığınız kimi) sizin təklif etidiyiz tərcümənin daha münasib olduğunu da yazın.

Təşəkkür edirik.
Samir Şaqavatov
Dilmanc qrupu
 
İsmarıclar: 41
Qeydiyyat: Bazar ertəsi noy 19, 2007 2:56 pm

Növbəti.

Rastlaşdığınız səhvlər

Xətdəkilər

İndi foruma baxırlar: qeydiyyatlı istifadəçi yoxdur və qonaqlar: 1