Xoş gördük.
Mövzüdan bir az kənar olsa da bunu elə buradaca, mütləq yazmalıyam. Məlumdur ki, DİLMANC-ın rəsmi forumu phpBB üzərində qurulub. Aylardır ki, phpBB 3.x.x çıxdıqdan sonra yaradıcıların rəsmi səhifəsində forumun müxtəlif dillərə tərcümə edilmiş dil paketləri yayımlanır. İş orasındadır ki, phpBB 2.x.x üçün Azərbaycanca dil paketləri hazırlanıb, çoxdan yayımlansa da mövcüd, axırıncı versiya üzrə tərcümə yoxdur. Aylardır ki, üzərində bir-bir dəyişən müxtəlif qruplar phpBB 3-ü tərcümə edir və indiyə kimi bir nəticə yoxdur. Arada bir separat yayımlanan tərcümələr çox keyfiyyətsiz, biyabırçı və sadəcə dilimə qarşı hörmətsiz tərcümələr olurdu. Mən siravi Azərbaycan vətəndaşı olaraq, AzNET seqmentindən yararlanan bir kəs kimi DİLMANC (İnKoTex) qrupundan xahiş edirəm ki, forumlarını tərcümə edən Natiq bəylə (natiq2004@yahoo.com) əlaqə yaratsın və onu phpBB Comunity-də (http://phpbb.com) öz əla tərcüməsini yayımlasın. Bununla da o həm də tərcüməçi statusunu özündə saxlayar və bununla bərabər mənim kimi adamları həqiqətən sevindirər.
Natiq bəyə dəfələrlə poçt yollasam da (tək mən yox) cavab verməmişdir.
Onun elektron-poçtu: natiq2004@yahoo.com
phpBB-də Azərbaycan dili ilə bağlı müzakirə mövzüsu: http://www.phpbb.com/community/viewtopi ... 6&t=580808