Salam, Qardaş bu proqramı tərtib etdiyinizə görə sizə çox minnətdaram. Proqram haqqında bəzi təkliflərim vardır.
1- İngilis-azəri və əksinə tərcümələrdə kursoru sözün üstünə gətirdikdə onun tərcüməsini göstərsin (Promptda olduğu kimi)
2-Tərcümədə İnformatika, Politexnik, Ümumi bölümlər olsun (Promptda olduğu kimi)
3 - Mümkünsə türkcə azərbaycanca tərcümədə təkcə müasir sözlərin deyil, həm də türk dini ədəbiyyatlarında istifadə olunan sözlərin tərcüməsindən də istifadə edilsin. Bu sahədə əgər bir kömək lazımdırsa, məni də kömək edə bilərəm. Bunu Allah rizası üçün etsəniz, çox yaxşı olr. Çünki bəzi dini ədəbiyyatlardan tərcümələr edildiyi zaman bu işi çox yaxşılaşdırır
4-mümükünsə ərəbcədən türkcəyə keçən sözlərin tərcüməsini təşkil etmək. Bu haqda türkcə "KucukLuğat" deyə bir luğat vardır. bunun azərbaycan variantının olması çox əla olardı. İstərsəniz mən bunu sizə göndərə bilərəm.
5- mümkndürsə, satışda olan türkcə-azərbaycanca, azərbaycanca-türkcə lüğətin elektron variantını təşkil edin
6-İngilis-azəri və əksinə tərcümələr təkmilləşdirilsin.
Əvvəlcədən minnətdarlığımı bildirirəm.[