mobil telefonlar ucun dilmanc

Dilmanc tərcümə sistemi haqqında təkliflər, iradlar, gələcəkdə görmək istədiyiniz imkanlar və s.

Moderator: Dilmanc qrupu

mobil telefonlar ucun dilmanc

İsmarıc togrul_91@ » Çərşənbə apr 02, 2008 4:35 pm

Evvela bu proqrami tertib etdiyinize gore cox sagolun.Men bilmek isteyirem ki dilmanc mobil telefonlar ucun ne vaxt tertib edilecek ve bunun uzerinde is gedirmi
togrul_91@
 
İsmarıclar: 1
Qeydiyyat: Çərşənbə apr 02, 2008 4:28 pm

Re: mobil telefonlar ucun dilmanc

İsmarıc admin » Şənbə dek 14, 2013 1:27 pm

Şəkil

Azərbaycanda ilk dəfə mobil telefonlarda şifahi nitqi və mətnləri rus və ingilis dillərinə və əksinə tərcümə edən proqram istifadəyə verildi. Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin Dilmanc layihəsi çərçivəsində yaradılmış Dilmanc mobil tərcüməçi vasitəsilə şifahi nitqi, mətni və ayrı-ayrı sözləri Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə etmək mümkündür. Proqrama tərcümə nəticəsində alınmış mətni səsləndirmək imkanı da əlavə edilmişdir. Tək söz daxil etdikdə, həmin sözün lüğətdəki tərcüməsi, nitq hissəsi, sinonimləri və s. göstərilir. Şifahi nitqin tanınmasında səhv olduqda, alınmış mətn redaktə edilə bilər. Dilmanc Conversation - Söhbət rejimində əcnəbi ilə canlı söhbət üçün tərcümə aləti işə düşür. Bu zaman müvafiq düymələri basmaqla Azərbaycan dilində danışdıqda xarici dildəki tərcümə, xarici dildə danışdıqda isə Azərbaycan dilindəki tərcümə səsləndirilir.

Proqram tamamilə ödənişsiz yayılır və Google Play Store-da "Dilmanc Translator" axtarmaqla Android bazasında işləyən smartfonlara yüklənə bilər.
admin
Administrator
 
İsmarıclar: 165
Qeydiyyat: Вazar noy 18, 2007 1:34 pm


Dilmanc tərcümə sistemi haqqında fikirləriniz

Xətdəkilər

İndi foruma baxırlar: qeydiyyatlı istifadəçi yoxdur və qonaqlar: 1