Bu proqramı telefondə islədi?

Dilmanc tərcümə sistemi haqqında təkliflər, iradlar, gələcəkdə görmək istədiyiniz imkanlar və s.

Moderator: Dilmanc qrupu

Bu proqramı telefondə islədi?

İsmarıc colleenbaku » Çərşənbə axşamı okt 06, 2009 4:58 pm

Bir kəs telefondə proqramı yüklədi? İşlədi? Əgər cavab "Bəli" olsa, hansı telefon? Mən Azərbaycanca öyrənirəm. Bakıda gəzəndə, mənə balaca aləti tərcümə üçün lazımdır. (I am a native English speaker, so if this doesn't make sense, what I want to ask is: Has anyone tried to download this program to a telephone? Has it worked? If so, on which phone? When walking around Baku, it would be great to have a small device to look up words on. BTW, this is great software. I would gladly pay for a mobile device version. The only competition I can find charges 35 bucks for a package that will only run on Windows Mobile 6.0).
colleenbaku
 

Re: Bu proqramı telefondə islədi?

İsmarıc admin » Cümə axşamı dek 12, 2013 4:41 pm

Şəkil

Azərbaycanda ilk dəfə mobil telefonlarda şifahi nitqi və mətnləri rus və ingilis dillərinə və əksinə tərcümə edən proqram istifadəyə verildi. Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin Dilmanc layihəsi çərçivəsində yaradılmış Dilmanc mobil tərcüməçi vasitəsilə şifahi nitqi, mətni və ayrı-ayrı sözləri Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə etmək mümkündür. Proqrama tərcümə nəticəsində alınmış mətni səsləndirmək imkanı da əlavə edilmişdir. Tək söz daxil etdikdə, həmin sözün lüğətdəki tərcüməsi, nitq hissəsi, sinonimləri və s. göstərilir. Şifahi nitqin tanınmasında səhv olduqda, alınmış mətn redaktə edilə bilər. Dilmanc Conversation - Söhbət rejimində əcnəbi ilə canlı söhbət üçün tərcümə aləti işə düşür. Bu zaman müvafiq düymələri basmaqla Azərbaycan dilində danışdıqda xarici dildəki tərcümə, xarici dildə danışdıqda isə Azərbaycan dilindəki tərcümə səsləndirilir.

Proqram tamamilə ödənişsiz yayılır və Google Play Store-da "Dilmanc Translator" axtarmaqla Android bazasında işləyən smartfonlara yüklənə bilər.
admin
Administrator
 
İsmarıclar: 165
Qeydiyyat: Вazar noy 18, 2007 1:34 pm


Dilmanc tərcümə sistemi haqqında fikirləriniz

Xətdəkilər

İndi foruma baxırlar: qeydiyyatlı istifadəçi yoxdur və qonaqlar: 1

cron