Home

Mürəkkəb cümlələrin tərcümə keyfiyyəti artırılıb

ANS PRESS
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində «Dilmanc» maşın tərcüməsi sisteminin təkmilləşdirilmiş yeni variantı istifadəyə verilib.

Bu sistem mətnləri Azərbaycan-ingilis, ingilis-Azərbaycan, türk-Azərbaycan istiqamətləri üzrə avtomatik tərcümə edir. Sistemin söz bazalarında 250 000-dən çox söz və söz birləşməsi var. Sistemin yeni təkmilləşdirilmiş versiyasında mürəkkəb cümlələrin tərcümə keyfiyyəti artırılıb, proqramın söz bazası zənginləşdirilib, proqramın iş sürəti də artırılıb. Həmçinin proqramın interfeysini Azərbaycan, ingilis və türk dillərinə dəyişmək imkanı, proqramla işləməyi asanlaşdırmaq üçün digər yeni imkanlar əlavə edilib.

«Dilmanc» maşin tərcümə sisteminin yeni 2.5 versiyası artıq www.dilmanc.az saytında yerləşdirilib. Saytdan «Dilmanc» tərcümə sisteminin beta-versiyasını kompyuterə ödənişsiz yükləmək mümkündür. Proqram təkmilləşdirilmə mərhələsində olduğundan vaxtaşırı istifadəçilərin təklifləri nəzərə alınmaqla yenilənir. /ANS PRESS/

Layihənin direktoru

Layihənin direktoru Əbülfət Fətullayevin flights to jamaica sözlərinə görə, nitqin tanınması sisteminin mövcudluğu gələcəkdə nitqin nitqə sinxron tərcüməsi sisteminin yaradılmasına imkan verəcək. Belə ki, mikrofona deyilmiş mətn avtomatik yazıya çevrilərək maşın tərcüməsi proqramına ötürüləcək. Proqram mətni tərcümə etdikdən sonra isə, mətnin səsləndirilməsi (yazılı mətnin nitqə çevrilməsi) sistemi vasitəsilə yenidən nitqə çevriləcək. Layihə çərçivəsinə Azərbaycan dilində olan mətnin kompüter vasitəsilə səsləndirilməsi sisteminin yaradılması üçün də elmi tədqiqatlara flights to amsterdam artıq başlanmışdır.
Bundan əlavə, Dilmanc maşın tərcüməsi sisteminin tərcümə keyfiyyətinin yüksəldilməsi flights to germany üzərində də elmi araşdırmalar aparılmaqdadır. Ə.Fətullayev həmçinin qeyd etdi ki, bu il tərcümə sisteminin arxitekturasının yenidən qurulması və dünyada maşın tərcüməsinə mövcud yanaşmalardan eyni zamanda istifadə edən hibrid yanaşmanın yaradılması üzərində işlər aparılacaq. Bu səbəbdən flights to india sistemin bir müddət yeni versiyasının buraxılmayacağı gözlənilir.

tərcümə sistemi

mən yüklədiyim proqramdan razı deyiləm.


©  dilmanc.az 2010