Home

«Dilmanc» avtomatik tərcümə proqramının yeni variantı hazırlanır

APA-ECONOMICS

Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə həyata keçirdiyi «Azərbaycan nitqinin tanınması və maşın tərcümə sisteminin təkmilləşdirilməsi Layihəsi»nin təhqiqat qrupu «Dilmanc» avtomatik tərcümə proqramının növbəti variantını təqdim etməyi planlaşdırır.
Layihənin rəhbəri Əbülfət Fətullayevin «APA-ECONOMICS»ə verdiyi məlumata görə, qrupun mütəxəssisləri «Dilmanc» bazasına 250 minə yaxın söz və söz birləşməsi daxil ediblər. Vaxtaşırı yenilənən «Dilmanc»ın növbəti variantını artıq 2008-ci ilin sonunda saytdan yükləmək mümkün olacaq.
«Dilmanc» saytının hesablamalarına görə, bu günə proqramdan istifadə edənlərin sayı təxminən 122 minə çatıb. Proqramı http://www.dilmanc.az ünvanından pulsuz yükləmək mümkündür.

Reply

  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Allowed HTML tags: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Lines and paragraphs break automatically.

More information about formatting options

CAPTCHA
This question is for testing whether you are a human visitor and to prevent automated spam submissions.
Copy the characters (respecting upper/lower case) from the image.

©  dilmanc.az 2010