Saytlar üçün "Səsləndirmə" düyməsi

Saytınızdakı xəbərləri oxumaq istifadəçiləriniz üçün uzun və yorucu ola bilər. Saytınızdakı xəbərləri istifadəçilərə səslə çatdırın! Dilmanc mətnin səsləndirilməsi düyməsini saytınıza inteqrasiya edin. İstifadəçilər bu düyməyə basmaqla istənilən xəbərin səsli oxunuşuna qulaq asa biləcəklər.
Dilmanc mətnin səsləndirilməsi sistemi Azərbaycan dilində istənilən mətni səslə oxuyan onlayn xidmətdir. Sizə verilmiş kiçik kodu saytınızın kodunun daxilinə yerləşdirirsiniz. Bundan sonra saytınızda istədiyiniz mətnlərin altında "Səsləndir" düyməsi görünür. İstifadəçi bu düyməyə basdıqda, həmin mətnin oxunuşu ona səsləndirilir. Səsləndirmə Dilmanc-ın serverlərində həyata keçirildiyindən, saytınız artıq yüklənmir, əlavə avadanlıq və ya proqram təminatına ehtiyac duyulmur.

Əsas imkanları

  • İstər bütün mətnin, istərsə də seçilmiş hissənin səsləndirilməsi imkanı
  • Səsləndirilmiş mətni mp3 faylı kimi yükləmək imkanı
  • İstənilən platformada (Windows, Linux, iOS, Android və s.) işləyir (HTML5)
  • Heç bir əlavə avadanlıq və proqram təminatına ehtiyac yoxdur. Sadəcə sizə verilmiş kodu saytınıza daxil edin
  • Səsləndirmə bizim serverdə həyata keçirildiyindən sizin saytınız yüklənmir, internet trafikiniz artmır

Nümunə saytlar

http://mincom.gov.az
http://yap.org.az
http://asan.gov.az
http://map.virtualkarabakh.az/

Xidmətə qoşulmaq üçün bizimlə əlaqə saxlayın

email: info[at]dilmanc.az


© dilmanc.az