Saytlar üçün "Tərcümə" düyməsi

Saytınıza digər dillərə tərcümə funksiyası əlavə edərək istifadəçilərinizin sayını artırın. İstifadəçi sayının çoxalmasının əsas şərtlərindən biri olan çoxdilli saytın düzəldilməsi bahalı və vaxt aparan işdir. Dilmancın tərcümə xidməti vasitəsilə isə bunun sadə həlli mümkündür. Hal-hazırda Dilmanc bəzi istiqamətlər üzrə ən keyfiyyətli avtomatik tərcümə edən sistemdir. Dilmanc tərcümə düyməsini saytınıza inteqrasiya etdikdən sonra saytınızdakı mətnlərin aşağı hissəsində "Tərcümə" düyməsi görünəcək. İstifadəçilər bu düyməni basdıqda mətnin seçdikləri dildəki tərcüməsini oxuya biləcəklər. Tərcümə Dilmanc-ın serverlərində həyata keçirildiyindən, saytınız artıq yüklənmir, əlavə avadanlıq və ya proqram təminatına ehtiyac duyulmur. Bundan əlavə, xarici dilli saytlardan maraqlı məlumatları öz saytınıza köçürüb tərcümə imkanı əlavə etməklə istifadəçilərin saytınıza marağını daha da artıra bilərsiniz.

Qeyd: Hal-hazırda yalnız rus-azərbaycan istiqaməti üzrə tərcümə mümkündür. Digər istiqamətlərin əlavə edilməsi üzərində işlər gedir.

Əsas imkanları

  • İstər bütün mətnin, istərsə də seçilmiş hissənin tərcümə imkanı
  • İstənilən platformada (Windows, Linux, iOS, Android və s.) işləyir (HTML5)
  • Heç bir əlavə avadanlıq və proqram təminatına ehtiyac yoxdur. Sadəcə sizə verilmiş kodu saytınıza daxil edin
  • Tərcümə bizim serverdə həyata keçirildiyindən sizin saytınız yüklənmir, internet trafikiniz artmır

Xidmətə qoşulmaq üçün bizimlə əlaqə saxlayın

email: info[at]dilmanc.az


© dilmanc.az