Dilmanc tərcümə sistemi

Dilmanc layihəsi çərçivəsində Azərbaycan dilindən digər dillərə tərcümə sistemlərinin yaradılması üzərində elmi tədqiqat işləri həyata keçirilir. Hal-hazırda Azərbaycan-İngilis, İngilis-Azərbaycan və Türk-Azərbaycan istiqamətləri üzrə tərcümə edən Dilmanc tərcümə sistemi istifadəçilər arasında çox populyardır. Bu proqramın daha təkmilləşdirilmiş versiyasının yaradılması və Azərbaycan-Rus, Rus-Azərbaycan istiqamətlərinin əlavə olunması üzərində işlər gedir. Bu sistemin onlayn tərcümə portalı kimi istifadəyə verilməsi planlaşdırılır.


» Dilmanc tərcümə sistemini yüklə

Maşın tərcüməsi sistemi nədir?

Maşın tərcüməsi sistemi bir təbii dildə olan mətnin digər təbii dildə keyfiyyətli qaralama tərcüməsini almaq üçün yaradılan kompüter proqram sistemidir. Xarici dil bilməyən istifadəçilərə, hətta, aşağı keyfiyyətli maşın tərcüməsi belə çox əhəmiyyətli kömək göstərə bilər. Mütləq stilistik dəqiqliyin tələb olunmadığı və vaxt məhdudluğu başlıca meyar olduğu hallarda – belə hallar isə kompüter istifadəçiləri üçün böyük əksəriyyət təşkil edir (xüsusilə İnternetdən istifadə edərkən, məsələn, tapılmış mətnlərin sorğulara relevantlığını qiymətləndirərkən) – maşın tərcüməsi sistemləri istifadəçilər üçün əvəzedilməz köməkçiyə çevrilir.

» Maşın tərcüməsinin üstünlükləri və çatışmamazlıqları
» Azərbaycanda maşın tərcüməsi tarixi


© dilmanc.az