Layihələr

Dilmanc layihəsi çərçivəsində aşağıdakı texnologiyaların yaradılması və tətbiqi üzərində işlər aparalır

Tərcümə sistemi

Dilmanc layihəsi çərçivəsində Azərbaycan dilindən digər dillərə tərcümə sistemlərinin yaradılması üzərində elmi tədqiqat işləri həyata keçirilir. Hal-hazırda Azərbaycan-İngilis, İngilis-Azərbaycan və Türk-Azərbaycan istiqamətləri üzrə tərcümə edən Dilmanc tərcümə sistemi istifadəçilər arasında çox populyardır. Bu proqramın daha təkmilləşdirilmiş versiyasının yaradılması və Azərbaycan-Rus, Rus-Azərbaycan istiqamətlərinin əlavə olunması üzərində işlər gedir. Bu sistemin onlayn tərcümə portalı kimi istifadəyə verilməsi planlaşdırılır.

» Daha ətraflı
» Dilmanc tərcümə sistemini yüklə

Nitqin tanınması sistemi

Nitqin tanınması sistemi vasitəsilə klaviaturadan istifadə etmədən, kompüterə mətni mikrofona demək vasitəsilə daxil etmək mümkündür. Sistem avtomatik olaraq insan nitqini yazıya çevirir və klaviatura ilə yazmaqdan 4 dəfə daha sürətli mətn yazmağa imkan verir. Bu sistem həmçinin gələcəkdə kompüteri və digər qurğuları səslə idarə etməyə imkan yaradır. Azərbaycan dili üçün nitqin tanınması sistemi hal-hazırda 1 milyona yaxın söz-formanı tanıya bilir və 92% dəqiqliyə malikdir. Hal-hazırda sistemin təkmilləşdirilərək istifadəyə verilməsi üzərində işlər gedir.

» Daha ətraflı

Mətnin səsləndirilməsi sistemi

Mətnlərin səsləndirilməsi sistemi kompüterdəki mətni insan səsi ilə oxuyur. İstifadəçi Azərbaycan dilindəki mətni proqrama daxil edərək onun oxunuşuna qulaq asa bilər. Bu proqram vasitəsilə məktublar, sənədlər və digər mətnlərlə daha az vaxt sərf etməklə və gözləri yormadan - oxunuşuna qulaq asmaqla tanış olmaq mümkündür. Sistemi aşağıdakı ünvanda onlayn istifadə etmək olar.

» Daha ətraflı

Telefon-tərcüməçi

Telefon-tərcüməçi sistemi telefon danışığını real vaxt rejimində Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə etməyə imkan verəcək. Bu sistem Azərbaycan dili və digər dillər üçün nitqin tanınması, tərcümə və mətnin səsləndirilməsi sistemlərindən ibarətdir.

» Daha ətraflı

Elektron lüğət

Dilmanc layihəsi çərçivəsində həyata keçirilən layihələrdən biri də Azərbaycan dilindən digər dillərə və əksinə elektron lüğətlərin yaradılmasıdır. Bu lüğətin digər lüğətlərdən fərqli xüsusiyyəti isə lüğətə yalnız söz köklərin deyil, bütün söz-formaların daxil edilməsidir. Bu, xüsusilə xarici dili bilməyən istifadəçilər üçün çox əlverişlidir, belə ki, istifadəçi üçün ona tanış olmayan sözün kökünü tapıb lüğətə daxil etmək çox çətinlik yaradır. Bundan əlavə, daxil edilmiş sözün işləndiyi cümlələr və onların tərcümələrinə baxmaq imkanı da əlavə edilmişdir. Lüğəti aşağıdakı ünvanda istifadə etmək olar

» Daha ətraflı

Azərbaycan dilinin tezlik lüğəti

Dilmanc layihəsi çərçivəsində akademik Ə.Abbasovun rəhbərliyi altında Azərbaycan dilinin tezlik lüğətinin yaradılması işlərinə başlanılmışdır. Bu məqsədlə 12 milyondan çox söz-formadan ibarət olan mətn korpusu və bu mətn korpusu daxilində statistik araşdırmalar aparmağa imkan verən xüsusi proqram təminatı yaradılmışdır. Aparılan tədqiqatlar müasir Azərbaycan dilində həm ən çox işlənən (istifadə edilən) söz əsaslarını və həm də ən çox işlənən şəkilçi və şəkilçi zəncirlərini (bir neçə şəkilçidən ibarət olan mürəkkəb şəkilçi) böyük dəqiqliklə müəyyən etməyə imkan verəcəkdir. Alınmış nəticələrdən Azərbaycan dili üçün müxtəlif linqvistik texnologiyaların – maşın tərcüməsi, nitqin tanınması, mətnin səsləndirilməsi, mətni anlama sistemlərinin və s. yaradılması zamanı istifadə ediləcəkdir. Tədqiqatlar davam etdirilir.

Əks əlifba lüğəti

Bu lüğət Azərbaycan dilinin orfoqrafiya lüğətinin yeni, son variantı əsasında tərtib olunmuşdur. Adi lüğətlərdən fərqli olaraq əks lüğətlərdə sözlər başlanğıcdan sona doğru deyil, sondan başlanğıca doğru əlifba sırasına düzülür. Beləliklə, adi lüğətlərdə eyni başlanğıca, əks lüğətlərdə isə eyni sonluğa malik sözlər eyni qrupda yerləşir. Məsələn, əks lüğətdə «oruc» sözü «adam» sözündən əvvəl gəlir. Çünki, sözün sonunda gələn «c» hərfi əlifba sırasına görə «m» hərfindən irəlidir. «Çiçək» sözü də «dilək» sözündən qabaq yerləşdirilir. Bu sözlərin son iki hərfləri eyni olsa da, üçüncü hərfə görə (ç və l) «çiçək» əvvələ keçir.

» Daha ətraflı
» Əks əlifba lüğətinin elektron variantını yüklə


© dilmanc.az