Dilmanc mobil tərcüməçi proqramının yeni versiyası istifadəyə verildi

Mobil qurğular üçün Dilmanc Translator proqramı yeni versiyası istifadəyə verilmişdir. Yeni versiyaya aşağıdakı əlavələr edilmişdir.

  • Yeni, daha rahat interfeys
  • Klaviaturaya Azərbaycan hərflərindən ibarət sətir əlavə edildi
  • Tərcümə nəticəsini paylaşmaq imkanı
  • Digər proqramların daxilində mətni seçib Paylaşmaq düyməsinə basaraq Dilmancda tərcümə etmək imkanı
  • Azərbaycanca və türkcə nitqin tanınması proqramının (səsi yazıya çevirmə) keyfiyyəti artırılmışdır

Qeyd edək ki, bu proqramı siz Google Play və App Store-dan öz mobil qurğunuza pulsuz yükləyərək istifadə edə bilərsiniz. Dilmanc Translator proqramı Google Play Store və Apple App Store-dan birlikdə 300 min dəfəyə yaxın köçürülmüşdür.




© dilmanc.az