Android üçün Dilmanc Tərcüməçinin köçürülmə sayı 100 mini keçdi



Android əsasında işləyən mobil qurğularda şifahi danışığı Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən Dilmanc Translator proqramı istifadəyə verildiyi 10 ay ərzində 100 min dəfədən artıq köçürüldü. Rabitə və Yüksək Texnlogiyalar Nazirliyi tərəfindən dəstəklənən Dilmanc Translator Azərbaycan, Türk, Rus və İngilis dilləri arasında şifahi nitqi və mətni tərcümə edib səsləndirir, tək söz daxil edildikdə isə onun lüğətdəki digər tərcümələrini də göstərir. Hal-hazırda proqramın iOS platforması üçün versiyasının hazırlanması üçün işlər gedir.

Bununla yanaşı proqramın Azərbaycan-İngilis və Türk-İngilis istiqamətləri üzrə tərcümə keyfiyyəti artırılmış, desktop kompüterlərin istifadəçiləri üçün isə Google Chrome və Mozilla Firefox proqramlarına əlavə olunan plug-in istifadəyə verilmişdir. Plug-in quraşdırıldıqdan sonra istənilən saytda mətni seçərək uyğun düyməni basdıqda həmin mətn avtomatik tərcümə olunur.




© dilmanc.az