dilmanc.az tərcümə portalının mobil versiyası istifadəyə verilmişdir

dilmanc.az tərcümə portalının mobil versiyası istifadəyə verildi. Mobil telefon və planşetlərdən dilmanc.az saytına daxil olarkən saytın kiçik ekran və toxunma interfeysi üçün optimallaşdırılmış versiyası açılır. dilmanc.az saytının mobil versiyasında da mətnləri Azərbaycan, İngilis, Rus və Türk dilləri arasında daha yüksək keyfiyyətlə tərcümə etmək, sözlərin lüğətdəki tərcümələrinə baxmaq, alınmış mətnin səslənməsinə qulaq asmaq və digər imkanlar əlavə edilmişdir.
Qeyd edək ki, Android əsasında işləyən qurğuların istifadəçilərinə Dilmanc Translator proqramını yükləyərək istifadə etmək məsləhət görülür. Bu proqramda mətnlərlə yanaşı, şifahi nitqi tərcümə etmək və səsləndirmək imkanı da var. Proqramın digər mobil platformalar üçün də hazırlanması üzərində işlər gedir.




© dilmanc.az