Dilmancın tətbiqi genişlənir

Bu günlərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə həyata keçirilən Dilmanc layihəsi çərçivəsində hazırlanmış mətnin səsləndirilməsi sistemi Elektron Hökumət (www.e-gov.az) portalına inteqrasiya edilmişdir. Artıq Elektron Hökumət portalında bu sistem vasitəsilə istənilən mətni səsləndirərək qulaq asmaq mümkündür.
Bundan əlavə, istifadəçilərə səslənmə faylını mp3 formatında kompüterə endirmək imkanı da yaradılmışdır.
Xatırladaq ki, Dilmanc layihəsi çərçivəsində Azərbaycan dili üçün linqvistik texnologiyalar hazırlanır. Bu sahədə tədqiqatlar davam etdirilir.




© dilmanc.az