Mətnin səsləndirilməsi sisteminə səsləndirmə sürətini dəyişmək imkanı əlavə edildi

Mətnin səsləndirilməsi sisteminin yeni versiyası artıq hazırdır. Belə ki, sistemə əlavə olunmuş yeni funksiya istifadəçiyə daxil edilmiş mətnin səsləndirilməsi zamanı səsləndirmə sürətini istədiyi kimi tənzimləməyə imkan verir.

Qeyd edək ki, Dilmanc mətnin səsləndirilməsi sistemi bu ilin əvvəlində istifadəyə verilmişdir və sistemin yeni - daha da təkmilləşdirilmiş versiyalarının hazırlanması üzrə işlər davam edir.

Dilmanc mətnin səsləndirilməsi sistemindən aşağıdakı ünvana daxil olmaqla istifadə etmək olar:
http://dilmanc.az/az/project/tts




© dilmanc.az