Dilmanc onlayn lüğətlər sisteminə Azərbaycan-ingilis və Azərbaycan-rus istiqamətləri də əlavə edildi

Dilmanc onlayn lüğətlər sisteminə Azərbaycan-ingilis və Azərbaycan-rus istiqamətləri də əlavə edildi. Qeyd edək ki, bu lüğətlər sistemində tərcümə yalnız iki istiqamətdə - rus-Azərbaycan və ingilis-Azərbaycan istiqamətlərində aparılırdı. Yeni lüğətlərdə də əvvəlki lüğətlərdə olduğu kimi, yalnız sözlərin kökləri deyil, bütün söz formalar üzrə axtarış aparmaq olar. Həmçinin, yeni lüğətlərdə də istənilən söz birləşməsini və ya bütöv cümləni sözbəsöz tərcümə etmək imkanı verilmişdir. Eyni zamanda lüğətlərin söz bazaları da yenilənmişdir.

Qeyd edək ki, Dilmanc onlayn lüğətlər sisteminin ilk versiyası bu ilin əvvəlində istifadəyə verilmişdir və digər elektron lüğətlərdən fərqli olaraq bu lüğətlər sistemi yalnız söz köklərini deyil, həmçinin söz-formaları da tərcümə etməyə imkan verir.
Lüğətlərin təkmilləşdirilməsi və yeni tərcümə istiqamətlərinin yaradılması üzrə işlər davam etdirilir.

Lüğəti aşağıdakı ünvanda istifadə etmək olar:
http://dict.dilmanc.az




© dilmanc.az