Dilmanc onlayn lüğətinə yeni imkanlar əlavə edilmişdir

İstifadəçilərin lüğətdən istifadəsini asanlaşdırmaq və tezləşdirmək məqsədilə “Dilmanc onlayn” lüğətlər sisteminə yeni funksiyalar əlavə edilmişdir. Yeni yaradılmış alqoritmlər vasitəsilə gerçəkləşdirilmiş bu funksiyalar:
1) söz-formanı lüğətə daxil etdikdə tərcümə istiqamətini avtomatik müəyyən etməyə və
2) istənilən söz birləşməsini (hətta bütöv cümləni də) sözbəsöz tərcümə etməyə imkan verir.
Bundan əlavə, lüğətin söz bazaları da yenilənmişdir.
Qeyd edək ki, Dilmanc onlayn lüğətinin Rus-Azərbaycan və İngilis-Azərbaycan tərcümə modulları bu ilin əvvəlində istifadəyə verilmişdir. Başqa elektron lüğətlərdən fərqli olaraq bu lüğətlər vasitəsilə yalnız sözlərin köklərini deyil, həm də söz-formaları tərcümə etmək mümkündür.
Lüğətlərin təkmilləşdirilməsi və yeni tərcümə istiqamətlərinin yaradılması üzrə işlər davam etdirilir.

İrad və təkliflərinizi forumda bildirin.




© dilmanc.az