Dilmanc layihəsi CeBIT 2012 sərgisində

6-10 mart tarixində Almaniyanın Hannover şəhərində dünyanın ən iri informasiya texnologiyaları "CeBIT 2012" beynəlxalq sərgisi keçirilir. CeBIT 2012 sərgisinin əsas mövzusu "Managing Trust - Trust and security in the digital world" - "İnamın İdarəsi-Rəqəmsal dünyada inam və təhlükəsizlik" şüarı ilə ifadə olunub. Bu il sərgidə 70-dən artıq ölkədən 4200 şirkət iştirak edir.

Sözügedən sərgidə milli stenddə Dilmanc layihəsi çərçivəsində yaradılmış yeni texnologiya sayəsində gözdən əlillər üçün səslə idarə olunan mini kompyuter və telefon danışığını azərbaycan dilindən ingilis, rus dillərinə və əksinə tərcümə edən telefon tərcüməçi, azərbaycan dili üçün nitqin tanınması sistemləri nümayiş etdirilir






© dilmanc.az