Azərbaycanca mətni insan səsi ilə oxuyan proqram yaradılmışdır
Dilmanc layihəsinin rəsmi saytında Azərbaycan dili üçün ilk mətnin səsləndirilməsi proqramının demonstrasiya variantı yerləşdirilib. Sayta daxil olmaqla (http://www.dilmanc.az) hər hansı bir mətni daxil edərək, onun səsli oxunuşuna qulaq asmaq mümkündür. Bu proqram vasitəsilə istifadəçilər məktublara, xəbərlərə, kitablara və digər informasiyaya gözləri yormadan və işdən ayrılmadan qulaq asa biləcəklər. Gələcəkdə bu proqram mətnin oxunuşunu həmçinin mp3 formatında yadda saxlamağa imkan verəcək ki, bununla da lazımlı informasiyaya pleyerdə, telefonda, avtomobildə gedərkən və s. hallarda qulaq asmaq mümkün olacaq. Qeyd edək ki, nümayiş etdirilən proqram ilk versiyadır və keyfiyyətinin artırılması üzərində işlər gedir.
Layihə rəhbəri t.e.n. Əbülfət Fətullayevin sözlərinə görə, bu proqram Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyilə yaradılacaq telefon-tərcüməçi sisteminin komponentlərindən biridir. Telefon-tərcüməçi sistemilə telefon danışığının bir dildən başqa dilə avtomatik tərcüməsi həyata keçiriləcək və beləliklə, əcnəbilərlə telefonda danışmaq çox asan olacaq. Layihə çərçivəsində həmçinin Dilmanc tərcümə sisteminin keyfiyyətinin artırılması və Azərbaycan dili üçün ilk nitqin tanınması sisteminin (mikrofona deyilən şifahi nitqi yazıya çevirən proqram) yaradılması üzərində işlər davam etdirilir.
Səsləndirmə sistemi
Yapdığınız bütün bu işlər üçün çox çox sağolin. Azərbaycan üçün çox vacib və çox böyük bir iş görməkdəsiz !! yaşasın !!
bir neçə gün bundan öncə, səsləndirmə sistemi sizin vebsitəzdə varidi, amma indi yoxdi.
nədən oni vebsitəzdən çixardıbsız? (bir soydaşiz Təbriz-dən)
gələcək zamanlarda dilmanc kimin mümkin olacaq mı bu proqramıda bir "Software" kimin yükləyax?
çox sağolin
Salam.Layihe cox xosuma
Salam.Layihe cox xosuma geldi,ama Azerbaycanda hemise oldugu kimi, keyfiyyet yoxdu.1-2 defe seslendirir,ama bayaqdan ne qeder eliyirem alinmir.
SƏslənmə
Sadəcə səsi audio yazı kimi ediblər. Bu rəqəmsal əsələnmə deyil! Hər hərifin audio səslənməsi yazılıb...
Metnin seslendirilmesi
Bu ishler hamisi terife layiq ishlerdi. Amma meni bir shey maraqlandirir, Coxdandi Google -elan etdi ki, nitqin nitqe tecumesi ile meshqul olur, ve dunyada bu sahede gorulen ne yuksek ishleri bir yere toplayir. Ve sonra Azerbaycan dilinde tercume sistemi yaratmaga cehd de etdi (cunki hele tercumeden bashqa her shey edir, azerbaycan istiqametleri). Sizce Google Azerbaycan dili ucun bu cur bir sitem (nitqin nitqe tercumesi) cixara bilermi ????
I like your post its quite
I like your post its quite informative and i love to visit you again as you have done a wonderful job. i love to bookmark this site and would send it to other friends to read it and visit it to get upto date and quite interesting information 640-816, i like the way you are working,keep it up, i will be here again as i get some time from 642-436 studies because they make me little busy, but i would love to stuck here again after my exams of 350-018. Thanks for sharing nice information with us. 350-029