İlk səhifə

Nitqin tanınması sistemi

Nitqin tanınması sistemi vasitəsilə klaviaturadan istifadə etmədən, kompüterə mətni mikrofona demək vasitəsilə daxil etmək mümkündür. Sistem avtomatik olaraq insan nitqini yazıya çevirir və klaviatura ilə yazmaqdan 3-4 dəfə daha sürətli mətn yazmağa imkan verir. Bu sistem həmçinin gələcəkdə kompüteri və digər qurğuları səslə idarə etməyə imkan yaradacaq. Belə ki, elektron poçta daxil olmaq, məktub yazmaq, internetdə axtarış aparmaq, proqramlarla işləmək və s. səsli əmrlərlə yerinə yetiriləcək. Hal-hazırda sistem 130 000-dən çox söz-formanı tanıya bilir və 85% dəqiqliyə malikdir.

Yaxın zamanda saytımızda sistemlə bağlı daha ətraflı məlumat və demonstrasiya videosu yerləşdiriləcək

©  dilmanc.az 2010