Dilmanc IEEE-də

Dilmanc layihəsi çərçivəsində aparılan elmi tədqiqat işləri artıq bütün dünyada nüfüz qazanmaqdadır. Əməkdaşlarımızın layihə çərçivəsində aparılan elmi tədqiqat işlərindən biri “Set of active suffix chains and its role in development of the MT system for Azerbaijani” adlı elmi tədqiqat işi ABŞ-ın nüfuzlu IEEE təşkilatının elektron kitabxanasına daxil edilmişdir (www.ieeexplore.ieee.org). Layihənin əməkdaşı R.Fətullayev bu mövzuda məruzə ilə 2008-ci ilin oktyabr ayında Polşanın Visla şəhərində keçirilmiş beynəlxalq konfransda (IMCSIT-2008) çıxış etmişdir.

IEEE (Institute of Electrical and Electronic Engineers) Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutudur (Ay-tripl-i kimi tələffüz edilir). 1963-cü ildə yaradılmışdır və standartlaşdırma üzrə dünyada ən böyük təşkilatdır. Kompüter elmləri, elektrotexnika və elektronika sahəsində dünyada çap olunan bütün elmi tədqiqatların 30%-ə yaxını IEEE-nin payına düşür. İnstitutun elmi nəşrləri ən çox istinad olunan nəşrlər siyahısına daxildir (SCI - Science Citation Index).



© dilmanc.az