Dilmanc yaradıcı qrupu EAMT-nin MT sistemləri sahəsində Avropada fəaliyyət göstərən qrupları siyahısına daxil edilmişdir.

Avropada Maşın Tərcüməsi sahəsində elmi tədqiqatları özündə birləşdirən və bu sahədə aparıcı təşkilat olan Avropa Maşın Tərcüməsi Assosasiyası (European Assosiation for Machine Translation - EAMT - http://www.eamt.org )Dilmanc Maşın Tərcüməsi Sisteminin yaradıcı qrupunu da Assosasiyanın Avropada MT sistemlərinin yaradılması sahəsində fəaliyyət göstərən qrupları siyahısına daxil etmişdir.Dilmanc tərcümə sisteminin internet saytı da təşkilatın internet saytındakı siyahıya əlavə edilmişdir http://www.eamt.org/researchgroups.php Bu hadisəDilmanc yaradıcı qrupunun üzvu Rauf Fətullayevin 22-23 Sentyabr 2008-ci il tarixlərində Almaniyanın Hamburq şəhərində Avropa Maşın Tərcüməsi Assosasiyasının keçirdiyi EAMT 2008 konfransında iştirak etməsindən sonra baş vermişdir. R.Fətullayev konfrans zamanı "Azərbaycan dili üçün MT Sisteminin lüğətinin yaradılmasının xüsusiyyətləri" ("Peculiarities of the development of the dictionary for the MT System from Azerbaijani") adlı məqalə ilə çıxış edərək, Dilamanc MT Sistemini Avropalı tədqiqatçılara və Avropada MT Sistemləri hazırlayan şirkətlərin nümayəndələrinə nümayiş etdirmişdir. Türk dilləri kompüter linqvistikası baxımından az tədqiq olunmuş dillər olduğundan və bugünə qədər praktik tərcümə sistemi yaratmağa imkan verən texnologiyalar olmadığından, çıxış böyük maraqla qarşılanmışdır. Türk dilləri üçün ilk dəfə aparılmış tədqiqatlar haqqında iştirakçılara məlumat verilmiş onları maraqlandıran məsələlər müzakirə edilmişdir. Avropa Maşın Tərcüməsi Assosasiyası haqqında Avropa Maşın Tərcüməsi Assosasiyası (European Association for Machine Translation - EAMT maşın tərcüməsi və digər elektron tərcümə alətləri sahəsində araşdırma aparan tədqiqatçıları, kompüter proqramlarının yaradıcılarını, istifadəçilərini və bu sahədəki digər təşkilatları özündə birləşdirən qurumdur. EAMT Beynəlxalq Maşın Tərcüməsi Assosasiyasının 3 regional təşkilatından biridir (Amerika, Asiya və Avropa MT Assosasiyaları). Digər 2 regional təşkilatla birlikdə EAMT 2 ildən bir Maşın Tərcüməsi Sammitini və hər il EAMT konfransını təşkil edir. Bu tədbirlərdə MT sahəsində Dünyanın və Avropanın ən tanınmış alimləri və MT Sistemlər hazırlayan aparıcı şirkətlərin nümayəndələri iştirak edir. EAMT 1991-ci ildə İsveçrədə qeydiyyatdan keçirilmiş gəlirsiz təşkilatdır.



© dilmanc.az