Azərbaycan dilinin orfoqrafiya qaydaları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli qərarı ilə təsdiq edilib.
"Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası qanununun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 2 yanvar tarixli 835 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 71 nömrəli fərmanına uyğun olaraq, Nazirlər Kabineti 2004-cü il 5 avqust tarixli 108 nömrəli qərarı ilə "Azərbaycan dilinin orfoqrafiya qaydaları"nı təsdiq edib. Həmin qərarla Azərbaycan SSR Nazirlər Sovetinin "Azərbaycan dilinin orfoqrafiya qaydaları"nın təsdiq edilməsi və Azərbaycan əlifbasında bəzi dəyişikliklər edilməsi haqqında" 1958-ci il 24 iyul tarixli 497 nömrəli və "Azərbaycan dilinin orfoqrafiya qaydaları"nın 8-ci maddəsinin dəqiqləşdirilməsi haqqında" 1959-cu il 6 aprel tarixli 268 nömrəli qərarları qüvvədən düşüb. Məsələnin aktuallığını nəzərə alaraq yeni qaydaları oxuculara təqdim edirik.

» Yüklə (Ölçüsü: 95 Kb, Faylın tipi: Word sənədi)

© dilmanc.az