İlk səhifə

Bloqların avtomatik tərcüməsi (WordPress-ə Google tərcümə xidmətinin inteqrasiyası)

Veb səhifələrdə çoxdilli məlumatlar hər zaman ziyarətçilər tərəfindən qiymətləndirilir çünki bu ünsiyyətə maneələri aradan qaldırır. Məlumatın çox dildə verilməsini təmin etməklə saytın ziyarətçilərinin sayı artacaq.
İnternetdə əldə olunan tərcümə xidmətləri ticarət xarakteri daşımaqla bərabər ödənişsizdir və istənilən veb səhifəyə qoşula bilər. Ən çox istifadə olunan ödənişsiz tərcümə xidməti Google Translate – dir, çünki o iyirmiyə yaxın dil cütlükləri arasında mətni tərcümə etməyə imkan verir. O, təkmilləşdirilmiş tərcümə texnikasından – statistik maşın tərcüməsindən istifadə edir.
Əgər siz WordPress bloquna sahibsinizsə, onun məzmunu sizin saytın ziyarətçilərinə Google Translate xidmətinə əsaslanaraq bir çox dillərdə təqdim oluna bilər. Bloqun mətnin məzmununa avtomatik tərcümə keyfiyyətlərini əlavə etməyə icazə verən çoxlu seçimləri vardır.
Google Translate Tools səhifəsində siz WordPress bloqun (veb səhifənin) dilini seçməlisiniz və daha sonra yaradılmış kodu saydbardan mətn pəncərəsinə kopiyalayıb yerləşdirməlisiniz. Məsələn, WordPress 2.5.1. versiyasında Alətlər panelindən Dizayn, Vidjeti seçin, Mətni əlavə edin, redaktə edin və daha sonra yerləşdirin. Vidjet Google Translate texnikasına veb səhifə ziyarətçilərinin rahat və sürətli girə bilməsi üçün saydbarın yuxarısında yerləşdirilməlidir.
WordPress bloquna Google Translate xidmətini əlavə etmək üçün digər alternativ üsul köməkçi proqramların yüklənməsidir. Global Translator köməkçi proqramı dörd ödənişsiz tərcümə xidmətlərindən - Google Translate, Babel Fish, Prompt və FreeTranslations – istifadə etməyə imkan verir. O, həmçinin ASO (Axtarış Sistemlərinin Optimallaşdırılması), qaydalara riayət olunma, səhifə keşinqi mexanizmi və digər müxtəlif faydalı keyfiyyətlərə malikdir.
Google Translate, eləcə də istənilən digər tərcümə xidmətlərindən istifadə etməklə son dərəcə dəqiqliklə münasib tərcümə nəticələri əldə etmək üçün mətnin məzmunu aydın şəkildə formalaşdırılmalıdır. Veb səhifənizdəki məlumat üçün çoxdillilik tətbiq olunduqdan sonra məlumatlar axınında artım hiss edəcəksiniz və nəticədə veb səhifənin populyarlığında artım müşahidə olunacaqdır.

Dilmanc tərcümə

Dilmanc tərcümə sisteminin 642-533 əməkdaşı Rauf Fətullayev 20-22 Noyabr Stokholm şəhərində keçirilmiş SLTC 2008 (Swedish Language Technology Conference) konfransında iştirak etmişdir. "Dilmanc is the 1st MT system for Azerbaijani" ("Dilmanc Azərbaycan dili üçün ilk MT 642-524 sistemidir") başlıqlı məqalə ilə çıxış edərək, əvvəlcə Dilmanc tərcümə sistemini konfrans iştirakçılarına nümayiş etdirmiş, sonra isə türk dilləri üçün dünyada ilk dəfə 642-515 aparılmış tədqiqatlar, hazırlanmış tərcümə alqoritmləri, yeni naliyyətlər və s. haqqında məlumat vermişdir. Xüsusilə Dilmanc tərcümə sisteminin hazırlanması zamanı ilk dəfə türk dilləri üçün aparılmış tədqiqatlar və onların necə realizasiya olunması konfrans iştirakçılarında böyük maraq oyandırmışdır. Avropalı tədqiqatçılar bu mövzuda suallar vermiş, öz fikirlərini bölüşmüşdürlər.
642-504


©  dilmanc.az 2010