Microsoft Internet Explorer 8 Beta 2 Maşın Tərcüməsi Akseleratoru

27 Avqust 2008-ci ildə Microsoft Internet Explorer 8 Beta 2 - ni təqdim etməklə Beta 1-in fəaliyyətini daha iddialı Akseleratorlar səviyyəsinə qaldırdı. Bu xüsusiyyət e-mail göndərmək, istiqaməti təsvir etmək, və ya sözləri tərcümə etmək kimi ümumi tapşırıqlar üçün naviqasiya prosesini sürətləndirmək məqsədilə yaradılmışdır. Mahiyyətcə, Microsoft müntəzəm olaraq istifadə olunan onlayn servislərə girməyi asanlaşdıraraq bir veb saytdan digərinə keçərkən məlumatın kopiyalanıb yerləşdirilməsi prosesini sadələşdirdi. Buna misal olaraq, Internet Explorer 8 Beta 2 maşın tərcüməsi Akseleratorunu göstərmək olar.
MSR-MT komandasının üzvü dedi: "Bu tərcümə xidməti istifadəçiləri üçün möhtəşəm xəbərdir, çünki IE8 tərcüməni birbaşa sizin brauzer təcrübənizlə birləşdirir. Artıq baxdığınız saytdan mətni kəsib işlədiyiniz səhifədə yerləşdirməyə ehtiyac yoxdur. İndi siz bu xidmətdən birbaşa - baxdığınız ixtiyari səhifədə olarkən istifadə edə bilərsiniz. Sadəcə müəyyən mətni seçin və mavi Akselerator ikonası üzərində basın. İnternet Explorer 8-də "Translate with Windows Live" Akseleratoru vasitəsilə siz seçilmiş mətnin birbaşa həmin səhifədə tərcüməsini ala bilərsiniz."
Bu funksionallıq nümunəsi ilə Microsoft Tədqiqat Maşın Tərcüməsi komandası öz xidmətlərini genişləndirərək Windows Live Translator və Windows Live Messenger tərcümə proqramından əlavə İnternet Explorer-ə də öz xidmətlərini təklif etmişdir. Bütün bunların nəticəsi olaraq indi istifadəçilər sadəcə tərcümə olunmasını istədikləri mətn parçasını seçməli, daha sonra mavi Akselerator ikonasını basmalı və Translate with Windows Live seçimi üzərində mausu saxlamalıdırlar. Bu halda seçilmiş mətnin tərcüməsi ekrana çıxan pəncərədə (blokda) görünəcək. İstifadəçilər yalnız Translate with Windows Live seçimi üzərində basdıqları halda Windows Live Translator səhifəsinə keçəcəklər.
Bundan əlavə, MSR-MT komandası bildirdi ki "heç bir mətni seçmədən səhifədə istənilən yerdə mausun sağ düyməsini basın və müvafiq menyu bəndini seçin. Sizin veb səhifəniz ikidilli baxış proqramına yönəldiləcək və tərcümə olunmağa başlayacaq. İxtiyari link seçin, üzərində sağ düyməni basaraq menyunu açın və Translate with Windows Live üzərində basın. Seçilmiş səhifə ikidilli proqram baxışına yönəldiləcək və tərcümə olunmağa başlayacaq."



© dilmanc.az