AppTek şirkəti Hybrid MT (Hibrid Maşın Tərcüməsi) adı altında hibrid maşın tərcüməsi üçün öz yeni sistemini təqdim etdi

Bu sistem qaydalar əsasında məntiqi mexanizm ilə ənənəvi statistik texnologiyanı birləşdirir. İndi Hybrid MT sistemi maşın tərcüməsi sisteminin qiymətləndirilməsində istifadə olunan rahatlıq, informativlik və adekvatlıq kimi bütün üç əsas meyarlara cavab verir. Yeni məhsulun ərsəyə gəlməsi Apptek şirkətinin iki əsas texnologiyasının - statistika və texnologiyanın inteqrasiya edilməsi əsasında mümkün olmuşdur.
Maşın tərcüməsinə iki əsas yanaşmanın inteqrasiyası sayəsində AppTek Hybrid MT nəzərə çarpacaq dərəcədə yüksək tərcümə keyfiyyəti nümayiş etdirmişdir - ənənəvi sistemlərlə müayisədə tərcümə olunmuş mətnin məna tamlığı və oxunuş səviyyəsi iki dəfə artmışdır.

Qeyd edək ki, sistem aşağıdakı dilləri dəstəkləyir: Ərəb, Koreya, Yapon, Çin, Fars, Əfgan, Urdu, İndoneziya, Taqaloq (Fillippin) və Türk dilləri. AppTek həmçinin Alman, İspan, Fransız, Polşa, İtlyan, Rus, Portugal, Ukrayna, İbrid kimi bir sıra Avropa dillərindən ingilis dilindən və əksinə tərcüməni təmin edir.

Hybrid MT sisteminin rəsmi internet səhifəsi: » www.apptek.com



© dilmanc.az