Azərbaycan dili
|
Tezlik lüğəti Dilmanc layihəsi çərçivəsində akademik Ə.Abbasovun rəhbərliyi altında Azərbaycan dilinin tezlik lüğətinin yaradılması işlərinə başlanılmışdır. Bu məqsədlə 12 milyondan çox söz-formadan ibarət olan mətn korpusu və bu mətn korpusu daxilində statistik araşdırmalar aparmağa imkan verən xüsusi proqram təminatı yaradılmışdır. Aparılan tədqiqatlar müasir Azərbaycan dilində həm ən çox işlənən (istifadə edilən) söz əsaslarını və həm də ən çox işlənən şəkilçi və şəkilçi zəncirlərini (bir neçə şəkilçidən ibarət olan mürəkkəb şəkilçi) böyük dəqiqliklə müəyyən etməyə imkan verəcəkdir. Alınmış nəticələrdən Azərbaycan dili üçün müxtəlif linqvistik texnologiyaların – maşın tərcüməsi, nitqin tanınması, mətnin səsləndirilməsi, mətni anlama sistemlərinin və s. yaradılması zamanı istifadə ediləcəkdir. Tədqiqatlar davam etdirilir. Orfoqrafiya lüğəti “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli 71 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş yeni orfoqrafiya qaydaları əsasında tərtib edilmişdir » ətraflı oxu Azərbaycan dilinin orfoqrafiya qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli qərarı ilə təsdiq edilən Azərbaycan dilinin orfoqrafiya qaydaları » ətraflı oxu Bu lüğət Azərbaycan dilinin orfoqrafiya lüğətinin yeni, son variantı əsasında tərtib olunmuşdur. Adi lüğətlərdən fərqli olaraq əks lüğətlərdə sözlər başlanğıcdan sona doğru deyil, sondan başlanğıca doğru əlifba sırasına düzülür » ətraflı oxu Klassik Azərbaycan ədəbiyyatında işlənən Ərəb və Fars sözləri lüğəti, iki cilddə Lüğət klassik Azərbaycan ədəbiyyatı nümunələrinin orijinal yazıda oxunuşunu, nəşr edilmiş klassik mətnlərdə tez-tez rast gəlinən ərəb və fars mənşəli alınma söz və ifadələrin başa düşülməsini asanlaşdırmaq və ümumiyyətlə, Azərbaycan dilində işlənən ərəb və fars alınmalarının ümumi mənzərəsini sistemli şəkildə əks etdirmək məqsədi daşıyır. Lüğətin əsas məqsədi Azərbaycan ədəbiyyatı klassiklərinin əsərləri ilə yaxından tanış olmaq, onu daha dərindən öyrənmək istəyən oxuculara, xüsusən yeni nəslə kömək etməkdən ibarətdir. » ətraflı oxuAzərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Eksperimental fonetika və tətbiqi dilçilik laboratoriyasında hazırlanan «Dilçilik ensiklopediyası» indiyə qədər analoqu olmayan bir layihədir. Burada hər bir linqvisitik termin rus dilində əlifba sırası ilə düzülmüş, onun alman, ingilis, fransız dillərində qarşılığı, ingilis dilində sözün tələffüzü ilə yazılı forması arasındakı böyük fərqi nəzərə alaraq terminlərin bu dildə transkripsiyası verilmiş, sonra terminlərin Azərbaycan dilində açıqlanması özünə yer almışdır. » ətraflı oxu | |