Xəbərlər

Google maşın tərcüməsi sistemini təkmilləşdirdi

Google şirkəti Google Translate avtomatik tərcümə xidmətinin imkanlarını genişləndirdi.
Google istehsalçıları bloquna əsasən, möhtəşəm Google Translate on əlavə dillə - bolqar, xorvat, danimarka, fin, norveç, polyak, rumın, isveç və hind dillərilə işləmək imkanı qazandı. İndi servis iki müxtəlif dil cütlüyü arasında tərcüməni həyata keçirə bilir.
Digər mühüm bir yenilik daxil olan sənədin və ya veb-səhifənin dilini müəyyən etmək oldu. İstifadəçi yalnız saytdakı pəncərəyə mətn daxil etməli və ya veb-səhifəyə keçidi göstərməli və tərcümənin son dilini seçməlidir. Bundan sonra sistem tərcümə olunmuş mətnin dilini müəyyən etməyə və nəticələri aşkar etməyə cəhd edir. İstehsalçılar bildirirlər ki, dilin müəyyən olunmasının düzgünlüyü daxil edilən mətnin həcmindən asılıdır.
Bununla yanaşı Google şirkəti bildirir ki, hətta ən müasir proqramlar da təcrübəli tərcüməçinin ustalığına və ya dil daşıyıcısının surətinə nail ola bilməz. Buna görə də maşın tərcüməsi çox zaman yüksək səviyyəli olmur.

AppTek şirkəti Hybrid MT (Hibrid Maşın Tərcüməsi) adı altında hibrid maşın tərcüməsi üçün öz yeni sistemini təqdim etdi

Bu sistem qaydalar əsasında məntiqi mexanizm ilə ənənəvi statistik texnologiyanı birləşdirir. İndi Hybrid MT sistemi maşın tərcüməsi sisteminin qiymətləndirilməsində istifadə olunan rahatlıq, informativlik və adekvatlıq kimi bütün üç əsas meyarlara cavab verir. Yeni məhsulun ərsəyə gəlməsi Apptek şirkətinin iki əsas texnologiyasının - statistika və texnologiyanın inteqrasiya edilməsi əsasında mümkün olmuşdur.
Maşın tərcüməsinə iki əsas yanaşmanın inteqrasiyası sayəsində AppTek Hybrid MT nəzərə çarpacaq dərəcədə yüksək tərcümə keyfiyyəti nümayiş etdirmişdir - ənənəvi sistemlərlə müayisədə tərcümə olunmuş mətnin məna tamlığı və oxunuş səviyyəsi iki dəfə artmışdır.

Qeyd edək ki, sistem aşağıdakı dilləri dəstəkləyir: Ərəb, Koreya, Yapon, Çin, Fars, Əfgan, Urdu, İndoneziya, Taqaloq (Fillippin) və Türk dilləri. AppTek həmçinin Alman, İspan, Fransız, Polşa, İtlyan, Rus, Portugal, Ukrayna, İbrid kimi bir sıra Avropa dillərindən ingilis dilindən və əksinə tərcüməni təmin edir.

Hybrid MT sisteminin rəsmi internet səhifəsi: » www.apptek.com

“Dilmanc”ın 2.2 versiyası istifadəyə verildi

“Dilmanc”ın təkmilləşdirilmiş 2.2 versiyası istifadəyə verildi. Yeni Dilmanc 2.2 versiyasına aşağıdakı əlavələr edilmişdir.
  • Daha keyfiyyətli tərcümə
  • Tərcümə zamanı tapılmamış sözlərin dalğalı xətlə qeyd olunması
  • Orijinal və tərcümədə alınmış cümlələr arasında əlaqənin göstərilməsi
  • Mətnlə işləmək üçün yeni alətlər
  • Tərcümə zamanı mətnin formatının saxlanması
  • Dilmanc sənədini yadda saxlamaq imkanı
  • Yeni interfeys
  • Proqramla işləmək qaydaları (Kömək)
“Dilmanc”ın təkmilləşdirilmiş yeni 2.2 versiyasını saytın Dilmancı yüklə bölməsindən əldə edə bilərsiniz.

Dilmanc 2.0 versiyası istifadəçilər tərəfindən böyük maraqla qarşılanmışdır

Dilmanc MT sisteminin 2.0 vesiyasının istifadəyə verildiyi gündən etibarən son bir ay müddətində minlərlə istifadəçinin diqqətini cəlb etmişdir. Son bir ayda Dilmanc MT sisteminin 2.0 vesiyasının 25000-dən yuxarı kompüter istifadəçisi tərəfindən köçürülməsi qeydə alınmışdır. İnternetdən istifadə etmək imkanı olmayan istifadəçilərin də bu tərcümə sistemindən istifadə etdiyini nəzərə alsaq bu rəqəmin bir neçə dəfə artıq olması qənaətinə gəlmək olar. İstifadəçilərin sayı isə ötən hər gün ərzində çoxalmaqdadır.

“Dilmanc”ın 2.0 versiyası istifadəyə verildi

“Dilmanc”ın təkmilləşdirilmiş 2.0 versiyası istifadəyə verildi. Yeni Dilmanc 2.0
  • İngilis - Azərbaycan
  • Azərbaycan - İngilis
  • Türk - Azərbaycan
İstiqamətləri üzrə tərcümə edir. “Dilmanc”ın təkmilləşdirilmiş yeni 2.0 versiyasını saytın Dilmancı yüklə bölməsindən əldə edə bilərsiniz.

"Dilmanc" tərcümə sisteminin ingilis-azərbaycan istiqaməti üzrə tərcümə edən versiyasının təqdimatı keçirildi

     6 Dekabr 2007-ci il tarixdə Bakı Əyləncə Mərkəzində Rabitə işçilərinin peşə bayramı günü münasibətilə təşkil edilmiş tədbirdə "Dilmanc" tərcümə sisteminin İngilis-Azərbaycan və Türk-Azərbaycan istiqamətləri üzrə tərcümə həyata keçirən versiyasının təqdimatı keçirildi.
     Layihə rəhbəri Əbülfət Fətullayev görülmüş işlərdən və yeni naliyyətlərdən danışdıqdan sonra Dilmanc tərcümə sisteminin yeni imkanları tədbir iştirakçılarına nümayiş etdirildi.
     Əvvəlcə ingilis dilli saytdan götürülmüş mətn, sonra isə mikrofonla deyilmiş mətn Dilmanc MT sistemi vasitəsilə Azərbaycan dilinə tərcümə edildi. Hər iki hal gurultulu alqışlarla qarşılandı. Tədbirin sonunda isə iştirakçılar zalda qoyulmuş kompüterlərdə Dilmanc MT sistemi ilə daha yaxından tanış oldular.
     Qeyd edək ki, Dilmanc tərcümə sisteminin yaradılmasına rəsmi olaraq 2005-ci ildən başlanmışdır. Bu vaxt ərzində Dilmanc tərcümə sisteminin 3 istiqamət (Azərbaycan-İngilis, İngilis-Azərbaycan, Türk-Azərbaycan) üzrə tərcümə edən versiyası hazırlanmışdır. Sistemin söz bazalarında 250 000-dən çox söz və söz birləşməsi vardır. Bu söz bazalarından əlavə maliyyə-iqtisadi və İKT terminləri lüğətlərinin maşın tərcüməsi sistemində istifadə edilə bilən variantlarının ilk versiyaları da yaradılmışdır.

"Dilmanc"ın yeni imkankarı ilə Bakutel-2007 sərgisində tanış olun!

21 - 24 Noyabr tarixlərində "Dilmanc" tərcümə sistemi "Bakutel - 2007" Beynəlxalq İnformasiya və Kommunikasiya Texnologiyaları sərgisində nümayiş olunur. İstifadəçilər 3 istiqamət üzrə tərcüməni yoxlaya biləcəklər:
  • İngilis - Azərbaycan
  • Azərbaycan - İngilis
  • Türk - Azərbaycan
Ünvan: Heydər Əliyev adına idman və konsert kompleksi

Saytımız yeniləndi

www.dilmanc.az saytı yeniləndi. Yaxın gələcəkdə saytımızdakı səhifələri 3 dildə (Azərbaycan, ingilis, rus) oxuya biləcəksiniz. Bundan əlavə, saytımıza yeni forum, daha funksional axtarış və menyu-naviqasiya sistemi, daha aydın URL adresləri və yeni bölmələr əlavə edilmişdir. Saytla bağlı irad və təkliflərinizi forumda bildirməyinizi xahiş edirik

“Milli E-İdarəçilik Şəbəkəsi Təşəbbüsü” Layihəsinin saytı yenilənib

      RİTN və BMT-nin İnkişaf Proqramının birgə layihəsi olan “Milli E-İdarəçilik Şəbəkəsi Təşəbbüsü” Layihəsinin saytı yeni ampluada istifadəçilərin ixtiyarına verilib. Müasir texnologiyalar əsasında iki dildə (azərbaycan və ingilis) yaradılmış yeni internet resursunda layihə barədə geniş məlumat verilir, İKT sahəsində gündəlik xəbərlər dərc olunur.

“Dilmanc”-ın yeni versiyası

Diqqət!
Proqramın yeni versiyası dilmanc.az saytında onlayn tərcümə portalı kimi istifadəyə verilmişdir və artıq proqramı kompüterə yükləməyə ehtiyac yoxdur.

RSS-material

© dilmanc.az